https://sputnik.az/20230913/soyqu-rusiyanin-ukraynada-qalib-gelmekden-basqa-varianti-yoxdur-458589198.html
Şoyqu: Rusiyanın Ukraynada qalib gəlməkdən başqa variantı yoxdur
Şoyqu: Rusiyanın Ukraynada qalib gəlməkdən başqa variantı yoxdur
Sputnik Azərbaycan
Rusiya müdafiə naziri xüsusi hərbi əməliyyat zamanı Rusiyanın qalib olub-olmayacağı sualına cavab verib. 13.09.2023, Sputnik Azərbaycan
2023-09-13T23:49+0400
2023-09-13T23:49+0400
2023-09-13T23:49+0400
rusiyanın müdafiə naziri sergey şoyqu
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
qalib
silahlı qüvvələr
kampaniya
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/01/11/450736540_0:63:975:611_1920x0_80_0_0_80a63fbf84d2382c388db28bb240469e.jpg
BAKI, 13 sentyabr — Sputnik. Rusiyanın Ukraynada qalib gəlməkdən başqa çarəsi yoxdur. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. "Başqa çarə yoxdur", - deyən Rusiya müdafiə naziri Rusiyanın xüsusi hərbi əməliyyat (XHƏ) zamanı qalib gəlib-gəlməyəcəyi sualını cavablandırarkən bildirib. Şoyqu həmçinin bildirib ki, Rusiya Silahlı Qüvvələri (RSQ) xüsusi əməliyyat zonasında müdafiəni aktiv şəkildə qouyub saxlayır və Ukrayna Silahlı Qüvvələrinin (USQ) şəxsi heyətini və texnikasını məhv etməkdə davam edirlər. "Biz texnikaları sıradan çıxarmağa, şəxsi heyəti - artıq aylardır hücumu davam etdirən hər kəsi məhv etməyə davam edirik. Bizim əsas vəzifəmiz texnikaları sıradan çıxarmaqdır", - deyə Şoyqu qeyd edib. O bildirib ki, hazırda payız kampaniyası gedir. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bildirib ki, Ukrayna Silahlı Qüvvələri hücum zamanı artıq 71,5 min hərbçi, 543 tank və 18 minə yaxın zirehli texnika itirib. O, USQ-nin heç bir nəticə əldə etmədiyini, lakin böyük itkilər veridyini vurğulayıb. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/11/450736540_38:0:937:674_1920x0_80_0_0_2c953948692c88afe8be0600fe41e5fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiyanın müdafiə naziri sergey şoyqu, xüsusi hərbi əməliyyat, qalib, silahlı qüvvələr, kampaniya, rusiya prezidenti vladimir putin
rusiyanın müdafiə naziri sergey şoyqu, xüsusi hərbi əməliyyat, qalib, silahlı qüvvələr, kampaniya, rusiya prezidenti vladimir putin
Şoyqu: Rusiyanın Ukraynada qalib gəlməkdən başqa variantı yoxdur
Rusiya müdafiə naziri xüsusi hərbi əməliyyat zamanı Rusiyanın qalib olub-olmayacağı sualına cavab verib.
BAKI, 13 sentyabr — Sputnik. Rusiyanın Ukraynada qalib gəlməkdən başqa çarəsi yoxdur.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
"Başqa çarə yoxdur", - deyən Rusiya müdafiə naziri Rusiyanın xüsusi hərbi əməliyyat (XHƏ) zamanı qalib gəlib-gəlməyəcəyi sualını cavablandırarkən bildirib.
Şoyqu həmçinin bildirib ki, Rusiya Silahlı Qüvvələri (RSQ) xüsusi əməliyyat zonasında müdafiəni aktiv şəkildə qouyub saxlayır və Ukrayna Silahlı Qüvvələrinin (USQ) şəxsi heyətini və texnikasını məhv etməkdə davam edirlər.
"Biz texnikaları sıradan çıxarmağa, şəxsi heyəti - artıq aylardır hücumu davam etdirən hər kəsi məhv etməyə davam edirik. Bizim əsas vəzifəmiz texnikaları sıradan çıxarmaqdır", - deyə Şoyqu qeyd edib.
O bildirib ki, hazırda payız kampaniyası gedir.
Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bildirib ki, Ukrayna Silahlı Qüvvələri hücum zamanı artıq 71,5 min hərbçi, 543 tank və 18 minə yaxın zirehli texnika itirib. O, USQ-nin heç bir nəticə əldə etmədiyini, lakin böyük itkilər veridyini vurğulayıb.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.