https://sputnik.az/20230913/moldovanin-muveqqeti-isler-vekili-rusiya-xn-e-cagirilib-458582009.html
Moldovanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Moldovanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Sputnik Azərbaycan
Səbəb kimi "Sputnik Moldova"nın rəhbəri Vitali Denisovun ölkədən deportasiyası göstərilib. 13.09.2023, Sputnik Azərbaycan
2023-09-13T15:19+0400
2023-09-13T15:19+0400
2023-09-13T15:19+0400
rusiya xin
rusiya
moldova
moldova respublikası
səfir
"rossiya seqodnya" beynəlxalq informasiya agentliyi
"rossiya seqodnya" bia
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_0:0:3640:2048_1920x0_80_0_0_2c693dd1c0c0c79ea4c1e5f8437ee984.jpg
BAKI, 13 sentyabr — Sputnik. Moldovanın Moksvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Buna səbəb kimi "Sputnik Moldova"nın rəhbəri Vitali Denisovun ölkədən deportasiyası göstərilib. Xatırladaq ki, "Sputnik Moldova"nın rəhbəri Vitali Denisov ölkədən deportasiya olunur və ona 10 il müddətinə ölkəyə giriş qadağan edilib. Denisovun özünün xəbər verdiyi kimi, miqrasiya xidmətinin əməkdaşları onun Kişinyovdakı evinə gəliblər, onu maşına mindirərək ilk reysdə deportasiya əmri ilə hava limanına aparıblar. "Mənə əşyalarımı yığmağa, ev heyvanlarımı götürməyə və s. imkan vermədilər. Moldovaya girişin 10 il müddətinə qadağan edilməsi barədə əmri təqdim etdilər. Səfirə bu barədə məlumat verildi", - deyə jurnalist bildirib. O, Moldovanın milli təhlükəsizliyinə təhlükə yaradan şəxs kimi ölkəni tərk etməli olduğu barədə qərarın surətinin ona verildiyini bildirib. Denisovun sözlərinə görə, hazırda Kişinyov hava limanındadır və orada ona Moskvaya bilet alırlar. Denisov, həmçinin Moldova hakimiyyətinin onunla kifayət qədər nəzakətlə davrandığını, lakin əşyalarını yığmağa imkan vermədiyini və onu hava limanına apardığını bildirib. Qeyd olunub ki, ölkədən deportasiya prosesi qətnamədə "müşayiətlə çıxarılma" kimi göstərilib. 8 sentyabr tarixli qətnamə beş gün sonra, sentyabrın 13-də təqdim edilib. Eyni zamanda, orada apellyasiya müddəti göstərilib - 5 gün. "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov ölkədə işləmək üçün bütün lazımi icazələrə malik olan jurnalistin ölkədən çıxarılması ilə bağlı hiddət doğuran faktı şərh edərkən deyib ki, "Moldova hakimiyyətinin dağıdıcı siyasəti dövlətlərarası münasibətlərin bütün adekvat sərhədlərini aşır".
https://sputnik.az/20230913/sputnik-moldovanin-rehberi-olkeden-deportasiya-edilib-458569981.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_370:0:3101:2048_1920x0_80_0_0_2e89c8729993d0d753d3d95fe89af791.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, moldova, moldova respublikası, səfir, "rossiya seqodnya" beynəlxalq informasiya agentliyi, "rossiya seqodnya" bia
rusiya xin, moldova, moldova respublikası, səfir, "rossiya seqodnya" beynəlxalq informasiya agentliyi, "rossiya seqodnya" bia
Moldovanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Səbəb kimi "Sputnik Moldova"nın rəhbəri Vitali Denisovun ölkədən deportasiyası göstərilib.
BAKI, 13 sentyabr — Sputnik. Moldovanın Moksvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Buna səbəb kimi "Sputnik Moldova"nın rəhbəri Vitali Denisovun ölkədən deportasiyası göstərilib.
Xatırladaq ki, "Sputnik Moldova"nın rəhbəri Vitali Denisov ölkədən deportasiya olunur və ona 10 il müddətinə ölkəyə giriş qadağan edilib. Denisovun özünün xəbər verdiyi kimi, miqrasiya xidmətinin əməkdaşları onun Kişinyovdakı evinə gəliblər, onu maşına mindirərək ilk reysdə deportasiya əmri ilə hava limanına aparıblar.
"Mənə əşyalarımı yığmağa, ev heyvanlarımı götürməyə və s. imkan vermədilər. Moldovaya girişin 10 il müddətinə qadağan edilməsi barədə əmri təqdim etdilər. Səfirə bu barədə məlumat verildi", - deyə jurnalist bildirib.
O, Moldovanın milli təhlükəsizliyinə təhlükə yaradan şəxs kimi ölkəni tərk etməli olduğu barədə qərarın surətinin ona verildiyini bildirib.
Denisovun sözlərinə görə, hazırda Kişinyov hava limanındadır və orada ona Moskvaya bilet alırlar.
Denisov, həmçinin Moldova hakimiyyətinin onunla kifayət qədər nəzakətlə davrandığını, lakin əşyalarını yığmağa imkan vermədiyini və onu hava limanına apardığını bildirib.
Qeyd olunub ki, ölkədən deportasiya prosesi qətnamədə "müşayiətlə çıxarılma" kimi göstərilib.
8 sentyabr tarixli qətnamə beş gün sonra, sentyabrın 13-də təqdim edilib. Eyni zamanda, orada apellyasiya müddəti göstərilib - 5 gün.
"Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov ölkədə işləmək üçün bütün lazımi icazələrə malik olan jurnalistin ölkədən çıxarılması ilə bağlı hiddət doğuran faktı şərh edərkən deyib ki, "Moldova hakimiyyətinin dağıdıcı siyasəti dövlətlərarası münasibətlərin bütün adekvat sərhədlərini aşır".