https://sputnik.az/20230912/rusiyanin-qarabagdaki-sulhmeramli-kontingentinin-yeni-komandani-kimdir-458203780.html
Zakir Həsənov Rusiya Quru Qoşunlarının və sülhməramlıların komandanlarını qəbul edib
Zakir Həsənov Rusiya Quru Qoşunlarının və sülhməramlıların komandanlarını qəbul edib
Sputnik Azərbaycan
Müdafiə naziri Zakir Həsənov Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimada əsaslandığını qeyd edib. 12.09.2023, Sputnik Azərbaycan
2023-09-12T16:45+0400
2023-09-12T16:45+0400
2023-09-12T16:48+0400
rusiya
sülhməramlı
rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov
sülhməramlılar
rusiya sülhməramlıları
xankəndi
müdafiə naziri zakir həsənov
zakir həsənov
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458553322_0:101:990:658_1920x0_80_0_0_43586d07905544a5dc0f4ffe0781122d.jpg
BAKI, 12 sentyabr — Sputnik. Sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.Müdafiə naziri qonaqları salamlayaraq, Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimada əsaslandığını qeyd edib.Qarabağ iqtisadi rayonunda əməliyyat şəraiti barədə danışan general-polkovnik Z.Həsənov son zamanlarda qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayının artdığını xüsusi vurğulayıb.Öz növbəsində Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı O.Salyukov səmimi qəbula görə təşəkkürünü bildirib, ikitərəfli əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edib.Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı kimdir?General-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı qoşunlarının yeni komandanı təyin edilib. Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Kirill Kulakov artıq vəzifəsinin icrasına başladığı Xocalıya gəlib. Maraqlıdır ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu rotasiya ilə bağlı hələ rəsmi açıqlama yaymayıb.Belə ki, ötən həftə Ermənistan Teleqram kanallarında 2023-cü il aprelin 26-dan Qarabağda sülhməramlı qüvvələrə komandanlıq etmiş Rusiya Quru Qoşunları komandanının müavini, general-polkovnik Aleksandr Lentsovun guya geri çağırılması və onun 2023-cü il aprelin 26-dan etibarən hərbi təyinatlı general-polkovnik, Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi general Kirill Kulakovla əvəzlənməsi barədə məlumat yayılıb. Yeri gəlmişkən, çərşənbə günü, avqustun 30-da Xankəndində erməni jurnalistlər üçün keçirdiyi brifinqdə özünü qondarma “parlamentin spikeri” adlandıran daşnak David İşxanyan bir neçə gün əvvəl sülhməramlıların komandirinin dəyişdiyini və artıq öz vəzifəsini icra etdiyini təsdiqləyib. İşxanyanın sözlərinə görə, general Kulakov Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Xankəndinə göndərilən humanitar yükün keçirilməsini təklif edib. Ruslarla danışıqlar Azərbaycanın göndərdiyi yüklərin olduğu karvan Əsgərandakı Rusiya sülhməramlı qüvvələrinin postuna yaxınlaşdıqdan sonra başlayıb. Lakin general-mayor Kirill Kulakovun yükün Xankəndinə buraxılması təklifi rədd edilib və danışıqlar nəticəsiz başa çatıb.İşxanyan vurğulayıb ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı Qarabağa “yenicə gəlib” və daxili vəziyyətlə hələ tanış deyil. "Ancaq Rusiya kontingentinin komandanlığında olan digər şəxslər vəziyyəti yaxşı bilirlər, onların bizim yanaşmamız və Azərbaycan tərəfinin yanaşması barədə təsəvvürləri var", - separatçıların nümayəndəsi bildirib.Xatırladaq ki, əvvəlcə Əsgəran postunda olan Rusiya sülhməramlıları Azərbaycanın göndərdiyi unun keyfiyyət sertifikatını tələb ediblər. Bu sənədi təqdim edəndə isə bildiriblər ki, yükün keçirilməsi məsələsini gözləmək lazımdır. Bir müddət sonra erməni radikalları Ağdam-Əsgəran yolunu beton bloklar və tikanlı məftillərlə bağlayaraq rus sülhməramlılarına Azərbaycandan gələn yükləri buraxmayacaqlarını bildiriblər.Qeyd edək ki, Kirill Kulakov 20 iyul 1969-cu ildə anadan olub. O 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. 1995-2014-cü illərdə Kazan Ali Hərbi Komandanlıq Məktəbində müəllim işləyib. 2014 - 2017 - Orenburq kazak briqadasının 7-ci Əlahiddə Mühafizə Tankı Qırmızı Bayraq ordenli komandiri olub. 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri vəzifəsini icra edib. Kirill Kulakov 2009-cu ildə "Rəşadətli fəaliyyətə görə" medalı, 2013-cü ildə Tatarıstan Respublikası Prezidentinin təşəkkürü , 2019-cu ildə "Tatarıstan Respublikası qarşısında xidmətlərinə görə" ordenləri ilə təltif edilib. Xatırladaq ki, A.Lentsov cari ilin aprel ayında bu vəzifəyə təyin olunmuşdu. Ondan əvvəl isə sülhməramlıların komandanı Andrey Volkov idi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0c/458553322_101:0:990:667_1920x0_80_0_0_4a6db378844c5b8fb8061f045e491b36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sülhməramlı, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov, sülhməramlılar, rusiya sülhməramlıları, xankəndi, müdafiə naziri zakir həsənov, zakir həsənov
sülhməramlı, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov, sülhməramlılar, rusiya sülhməramlıları, xankəndi, müdafiə naziri zakir həsənov, zakir həsənov
Zakir Həsənov Rusiya Quru Qoşunlarının və sülhməramlıların komandanlarını qəbul edib
16:45 12.09.2023 (Yenilənib: 16:48 12.09.2023) Müdafiə naziri Zakir Həsənov Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimada əsaslandığını qeyd edib.
BAKI, 12 sentyabr — Sputnik. Sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri qonaqları salamlayaraq, Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimada əsaslandığını qeyd edib.
Qarabağ iqtisadi rayonunda əməliyyat şəraiti barədə danışan general-polkovnik Z.Həsənov son zamanlarda qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayının artdığını xüsusi vurğulayıb.
Öz növbəsində Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı O.Salyukov səmimi qəbula görə təşəkkürünü bildirib, ikitərəfli əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edib.
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı kimdir?
General-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı qoşunlarının yeni komandanı təyin edilib.
Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Kirill Kulakov artıq vəzifəsinin icrasına başladığı Xocalıya gəlib. Maraqlıdır ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu rotasiya ilə bağlı hələ rəsmi açıqlama yaymayıb.
Belə ki, ötən həftə Ermənistan Teleqram kanallarında 2023-cü il aprelin 26-dan Qarabağda sülhməramlı qüvvələrə komandanlıq etmiş Rusiya Quru Qoşunları komandanının müavini, general-polkovnik Aleksandr Lentsovun guya geri çağırılması və onun 2023-cü il aprelin 26-dan etibarən hərbi təyinatlı general-polkovnik, Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi general Kirill Kulakovla əvəzlənməsi barədə məlumat yayılıb.
Yeri gəlmişkən, çərşənbə günü, avqustun 30-da Xankəndində erməni jurnalistlər üçün keçirdiyi brifinqdə özünü qondarma “parlamentin spikeri” adlandıran daşnak David İşxanyan bir neçə gün əvvəl sülhməramlıların komandirinin dəyişdiyini və artıq öz vəzifəsini icra etdiyini təsdiqləyib. İşxanyanın sözlərinə görə, general Kulakov Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Xankəndinə göndərilən humanitar yükün keçirilməsini təklif edib. Ruslarla danışıqlar Azərbaycanın göndərdiyi yüklərin olduğu karvan Əsgərandakı Rusiya sülhməramlı qüvvələrinin postuna yaxınlaşdıqdan sonra başlayıb. Lakin general-mayor Kirill Kulakovun yükün Xankəndinə buraxılması təklifi rədd edilib və danışıqlar nəticəsiz başa çatıb.
İşxanyan vurğulayıb ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı Qarabağa “yenicə gəlib” və daxili vəziyyətlə hələ tanış deyil.
"Ancaq Rusiya kontingentinin komandanlığında olan digər şəxslər vəziyyəti yaxşı bilirlər, onların bizim yanaşmamız və Azərbaycan tərəfinin yanaşması barədə təsəvvürləri var", - separatçıların nümayəndəsi bildirib.
Xatırladaq ki, əvvəlcə Əsgəran postunda olan Rusiya sülhməramlıları Azərbaycanın göndərdiyi unun keyfiyyət sertifikatını tələb ediblər. Bu sənədi təqdim edəndə isə bildiriblər ki, yükün keçirilməsi məsələsini gözləmək lazımdır. Bir müddət sonra erməni radikalları Ağdam-Əsgəran yolunu beton bloklar və tikanlı məftillərlə bağlayaraq rus sülhməramlılarına Azərbaycandan gələn yükləri buraxmayacaqlarını bildiriblər.
Qeyd edək ki, Kirill Kulakov 20 iyul 1969-cu ildə anadan olub. O 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib.
1995-2014-cü illərdə Kazan Ali Hərbi Komandanlıq Məktəbində müəllim işləyib.
2014 - 2017 - Orenburq kazak briqadasının 7-ci Əlahiddə Mühafizə Tankı Qırmızı Bayraq ordenli komandiri olub.
2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri vəzifəsini icra edib.
Kirill Kulakov 2009-cu ildə "Rəşadətli fəaliyyətə görə" medalı, 2013-cü ildə Tatarıstan Respublikası Prezidentinin təşəkkürü , 2019-cu ildə "Tatarıstan Respublikası qarşısında xidmətlərinə görə" ordenləri ilə təltif edilib.
Xatırladaq ki, A.Lentsov cari ilin aprel ayında bu vəzifəyə təyin olunmuşdu. Ondan əvvəl isə sülhməramlıların komandanı Andrey Volkov idi.