Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada pilotsuz təyyarələrin istehsalı iki dəfə artırılacaq - Mişustin

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidRusiya Federasiyasının Baş naziri Mixail Mişustin
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin - Sputnik Azərbaycan, 1920, 12.09.2023
Abunə olmaq
Rusiya Federasiyasının Baş naziri bildirib ki, ölkədə 1 milyondan çox mütəxəssisin hazırlanması planlaşdırılır.
BAKI, 12 sentyabr — Sputnik. Yaxın yeddi ildə Rusiyada pilotsuz təyyarələrin istehsalı iki dəfə artacaq.
Belə planları Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin strateji sessiyada pilotsuz aviasiya sistemlərinin inkişafı ilə bağlı çıxışı zamanı açıqlayıb.
Rusiya hökumətinin başçısı qeyd edib ki, bu günə qədər yüngül pilotsuz təyyarələrin sayı "on minlərlə" hesablanır, lakin onları əsasən "texnoloji həvəskarlar" hazırlayırlar. Mişustin pilotsuz təyyarələrin buraxılışının sistemləşdirilməsinin və miqyaslaşdırılmasının vacibliyini bildirib.
"Qarşıdakı 7 il ərzində Rusiyanın ağır və orta aparat bazarının həcmini demək olar ki, iki dəfə artırmağı planlaşdırırıq", - deyə o, dəqiqləşdirib.
Bunun üçün Rusiyada elmi-istehsal mərkəzləri şəbəkəsi yaradılacaq. Onlar parçalanmış müəssisələri səmərəli kooperasiyaya birləşdirərək pilotsuz aviasiya sistemlərinin inkişafı ilə məşğul olacaqlar. Həmçinin, 1 milyondan çox mütəxəssisin hazırlanması planlaşdırılır.
Əvvəllər məlum olub ki, Rusiya aparıcı "pilotsuz uçuş aparatı" (PUA) istehsalçıları sırasındadır.
Xəbər lenti
0