Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan imtina etməyəcək

© Sputnik / Brayan Smit / Mediabanka keçidRusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya - Sputnik Azərbaycan, 1920, 12.09.2023
Abunə olmaq
Nebenzyanın fikrincə, Rusiya tərəfinin veto hüququndan istifadəyə davam etməsi daha məsuliyyətli və ədalətli qərarlar qəbul etməyə imkan verəcək.
BAKI, 12 sentyabr — Sputnik. Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etmək qabiliyyəti təşkilatın divarları daxilində məsuliyyətli və balanslaşdırılmış qərarların qəbulunu təmin edə bilər.
Bu barədə "TASS" informasiya agentliyi Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyaya istinadən məlumat yayıb.
Diplomat BMT Baş Assambleyasının iclasında çıxış edib. İclas, Rusiyanın Mali üzrə səsvermədə veto hüququndan istifadə etməsini müzakirə etmək üçün keçirilib.
Nebenzya bildirib ki, Rusiya tərəfi veto hüququndan istifadə etməyə davam edəcək. Bu, daha məsuliyyətli və ədalətli qərarlar qəbul etməyə imkan verəcək.
"Biz ümid edirik ki, qətnamə müəllifləri gələcəkdə Təhlükəsizlik Şurasında lazımsız qarşıdurmaya səbəb olmaq əvəzinə, lazım olduğu kimi, kompromis razılaşmalar tapmağa çalışacaqlar, xüsusən də nəzərə alınsa ki, onlara asanlıqla nail olmaq olar", - deyə diplomat qeyd edib.
Xatırladaq ki, avqustun sonunda Rusiya Mali ilə bağlı prinsipial mövqeyini ifadə edib. O, Afrika dövlətinə qarşı sanksiyaların bir daha uzadılacağı Fransa layihəsinə veto qoyub. Buna cavab olaraq Moskva məhdudiyyətlərin cəmi bir il müddətinə uzadılmasını və Malidəki vəziyyəti qiymətləndirən BMT-nin xüsusi komissiyasını ləğv etməyi təklif edib. Layihə təşkilatda populyarlaşmayıb, sanksiyalar rejiminə son qoyulub.
Xəbər lenti
0