Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

DİM 2024-2025-ci tədris ili üçün rezidenturaya qəbul elan edib

© iStock.com / smolaw11İmtahan, arxiv
İmtahan, arxiv - Sputnik Azərbaycan, 1920, 01.04.2024
Abunə olmaq
Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılırlar.
BAKI, 01 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 2024-2025-ci tədris ili üçün rezidenturaya qəbul elan edib.
Bu barədə DİM məlumat yayıb.
Bilidirilib ki, namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) "Şəxsi kabinet"indəki hesabına əlavə etməlidir.
1 apreldən 11 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsində (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3) "Namizədin elektron ərizəsi" formasını doldurulmalı və təsdiq edilməlidir.
Qeyd edilib ki, əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə - baza fənləri üzrə biliklərin qiymətləndirilməsi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin 2024-cü il mayın 5-də, II cəhdinin iyunun 23-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 4-də keçirilməsi planlaşdırılır.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan (topladığı bal 40 və daha çox olan) namizədlər buraxılırlar. Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılırlar.
Qəbul elanının tam mətni «Rezidentura» jurnalının 2-ci sayında dərc olunub.
12.09.23, 16:22
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Dövlət İmtahan Mərkəzi rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələrini elan edib.
DİM-dən verilən xəbərə görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"nin sonuna "9" rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Boş qalan 24 plan yeri üzrə 85 namizəd müsabiqədə iştirak edib. Onlardan 18 nəfər rezidenturaya qəbul olunub. Rezidenturaya qəbul olmuş namizədlər 14 sentyabr 2023-cü il saat 11:00-dan 18 sentyabr 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər.
Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək. Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətə qədər portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır.
08.09.23, 10:41
Rezidenturanın boş qalan yerlərinə ixtisas seçimi elan edilib
Rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən namizədlər üçün ixtisas seçimi elan edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ixtisas seçimi bu gün saat 13:00-dan sentyabrın 11-i saat 23:59-dək aparılacaq.
Qeyd edək ki, 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 581 (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri istisna olmaqla) yerdən ibarət olub.
Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).
Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
Müsabiqədə iştirak etmək istəyən namizədlər DİM-in internet portalında ixtisas seçimi edə bilərlər.
Boş qalan plan yerləri ilə DİM-in saytında tanış olmaq mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0