Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiya ilə Laos arasındakı münasibətlər dostcasınadır

© Sputnik / Александр ВильфPutin
Putin  - Sputnik Azərbaycan, 1920, 12.09.2023
Abunə olmaq
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumu çərçivəsində Laosun vitse-prezidenti Pani Yathotu ilə görüşüb.
BAKI, 12 sentyabr — Sputnik. Rusiya və Laos bir-birinə dost dövlətlərdir.
Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, iki ölkə arasındakı münasibətləri dəyərləndirərkən söyləyib.
Rusiya lideri Vladimir Putin Şərq İqtisadi Forumu çərçivəsində Laosun vitse-prezidenti Pani Yathotu ilə görüşüb.
Qeyd edək ki, Pani Yathotanın özü Rusiyada "yaxşı və etibarlı dost" kimi tanınır. O, bir neçə dəfə ölkəyə səfər edib və əməkdaşlığın inkişafına mühüm təsir göstərib.
"Bizim sizin ölkənizlə çoxdankı, çox yaxşı, mehriban münasibətlərimiz var. Siz özünüz də dövlətlərarası əlaqələrin inkişafına çox nəzərəçarpacaq töhfə vermisiniz", - deyə Putin bildirib.
O, həmçinin Laos Prezidenti Thonqlun Sisilitə səmimi salamlarını çatdırıb. Liderin bu ilin oktyabrında Rusiya Federasiyasına səfər edəcəyi gözlənilir. Putin bu görüşün planlaşdırıldığı kimi baş tutacağına ümid etdiyini bildirib.
Rusiya prezidenti, həmçinin Şərq İqtisadi Forumu-2023 çərçivəsində Şimali Koreyalı həmkarı Kim Çen In ilə görüşmək niyyətindədir. Liderlər ikitərəfli münasibətləri müzakirə edəcəklər.
Xəbər lenti
0