https://sputnik.az/20230912/erdogan-qerbi-taxil-sazisi-ile-bagli-vedleri-yerine-yetirmeye-cagirir-458522908.html
Türkiyə "Taxıl dəhlizi"nin bərpası naminə səylərini davam etdirir
Türkiyə "Taxıl dəhlizi"nin bərpası naminə səylərini davam etdirir
Sputnik Azərbaycan
Ömər Çelik deyib ki, tərəflər alternativ marşrut axtarışında olsalar da, məhz BMT vasitəsi ilə Qara Dəniz Təşəbbüsünün canlandırılması vacibdir. 12.09.2023, Sputnik Azərbaycan
2023-09-12T20:17+0400
2023-09-12T20:17+0400
2023-09-12T20:13+0400
rusiya
rəcəb tayyip ərdoğan
taxıl
saziş
putin
qaz
hisroqovşaq
ölkə
avropa
ankara
https://cdnn1.img.sputnik.az/img/07e7/09/04/458295606_0:0:3038:1708_1920x0_80_0_0_f810a3a10bac9df1f06893137a3f45e6.jpg
BAKI, 12 sentyabr - Sputnik. Türkiyə "Taxıl dəhlizi"ni bərpa etmək üçün səylərini davam etdirir.Bu barədə Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AK Parti) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.O qeyd edib ki, tərəflər alternativ marşrut axtarışında olsalar da, məhz BMT vasitəsi ilə Qara Dəniz Təşəbbüsünün canlandırılması vacibdir.11.09.23, 18:07Ərdoğan Qərbi taxıl sazişi ilə bağlı vədləri yerinə yetirməyə çağırırQərb ölkələri səy göstərməli və taxıl müqaviləsi ilə bağlı vədlərini yerinə yetirməlidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.Onun sözlərinə görə, Qərb Türkiyənin səylərini yüksək qiymətləndirməklə yanaşı, həm də səy göstərməli və vədlərini yerinə yetirməlidir.Türkiyə lideri həmçinin bildirib ki, Ankara Rusiya kənd təsərrüfatı məhsullarının ixracının ödəniş sistemi və sığortası ilə bağlı problemləri həll etməyə çalışır və nəticəyə ümid edir.Ərdoğan Rusiya gübrəsinin ixracı məsələsinə qeyri-ciddi münasibəti qəbuledilməz hesab edir:“Buna görə də biz hər iki məhsulun nəzərdə tutulan ünvana çatdırılmasını təmin etmək üçün cənab Putinlə danışıqlarımızı davam etdirəcəyik. Xarici işlər naziri (Türkiyə) Hakan Fidan da bu məsələni yaxından izləyəcək və mən ümid edirəm ki, biz bu problemlərin öhdəsindən gələcəyik”.Türkiyə prezidenti həmçinin bildirib ki, rusiyalı həmkarından Türkiyə ərazisi ilə Afrika ölkələrinə tədarük olunan taxılın həcmini artırmağı xahiş etməyi planlaşdırır.Qaz qovşağıTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində Türkiyənin qərbində qaz qovşağının və İstanbulda enerji mərkəzinin yaradılmasını müzakirə etdiyini, bu məsələlərlə bağlı danışıqların davam etdiyini bildirib.Onun sözlərinə görə, Ataşehirdə gələcək mərkəz müxtəlif növ enerji resurslarının satışı və paylanması yerinə çevriləcək.Türkiyə lideri qeyd edib ki, başqa ölkələrdən də Türkiyə vasitəsilə Avropaya qaz gələ bilər və zaman keçdikcə Türkiyə qazın qiymətini müəyyən edən mərkəzə çevriləcək. İnsanlar ilk dəfə ötən ilin oktyabrında Türkiyənin qaz qovşağından danışmağa başlayıblar.Daha sonra - Baltik dənizinin dibində "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinin dağıdılmasından iki həftə sonra - Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya qazının itirilmiş tranzit həcmi Qara dəniz regionuna köçürülə bilər.O, Türkiyədə qaz qovşağının yaradılması imkanını qeyd edib ki, bu da digər ölkələrə, ilk növbədə Avropaya tədarük üçün platformaya çevrilə bilər, eləcə də qazın qiymətlərini müəyyənləşdirir.Putin həftənin əvvəlində Soçidə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə qeyd edib ki, Rusiya Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqların tezliklə başa çatmasını gözləyir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
avropa
ankara
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/04/458295606_0:0:2732:2048_1920x0_80_0_0_b4c24edb2584923c2cc0ab5bce6bf30e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, taxıl, saziş, putin, qaz, hisroqovşaq, ölkə, avropa, ankara
rəcəb tayyip ərdoğan, taxıl, saziş, putin, qaz, hisroqovşaq, ölkə, avropa, ankara
Türkiyə "Taxıl dəhlizi"nin bərpası naminə səylərini davam etdirir
Ömər Çelik deyib ki, tərəflər alternativ marşrut axtarışında olsalar da, məhz BMT vasitəsi ilə Qara Dəniz Təşəbbüsünün canlandırılması vacibdir.
BAKI, 12 sentyabr - Sputnik. Türkiyə "Taxıl dəhlizi"ni bərpa etmək üçün səylərini davam etdirir.
Bu barədə Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AK Parti) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, tərəflər alternativ marşrut axtarışında olsalar da, məhz BMT vasitəsi ilə Qara Dəniz Təşəbbüsünün canlandırılması vacibdir.
Ərdoğan Qərbi taxıl sazişi ilə bağlı vədləri yerinə yetirməyə çağırır
Qərb ölkələri səy göstərməli və taxıl müqaviləsi ilə bağlı vədlərini yerinə yetirməlidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Görüşdüyüm bütün liderlər (Hindistanda keçirilən G20 sammiti çərçivəsində - red.) yenidən bizə müraciət etdilər, xüsusən də Qara dəniz taxıl dəhlizinin işləməsi ilə bağlı. Təbii ki, bütün liderlərin ortaq istəyi Qara dəniz təşəbbüsünü davam etdirməkdir... Bir çox ölkələr müharibənin ilk anından bizim - Türkiyənin sülhün bərqərar olması üçün apardığımız intensiv diplomatiyadan xəbərdardır. Lakin indiki mərhələdə Qərb ölkələri də hərəkətə keçməli, vədlərini yerinə yetirməlidir”, - deyə Ərdoğan Hindistandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Qərb Türkiyənin səylərini yüksək qiymətləndirməklə yanaşı, həm də səy göstərməli və vədlərini yerinə yetirməlidir.
Türkiyə lideri həmçinin bildirib ki, Ankara Rusiya kənd təsərrüfatı məhsullarının ixracının ödəniş sistemi və sığortası ilə bağlı problemləri həll etməyə çalışır və nəticəyə ümid edir.
“Onlar (Rusiya tərəfi - red.) istəyirlər ki, gəmilərini sığortalamaq üçün bu dəhlizlə göndərəcəkləri taxılın pulunu almaq, sanksiyalara məruz qalmamaq üçün ödəniş mexanizmi yaradılsın... Putin bildirib ki, onların tələbləri yerinə yetirildikdə taxıl tədarükü başlayacaq”, - deyə Türkiyə dövlətinin başçısı vurğulayıb.
Ərdoğan Rusiya gübrəsinin ixracı məsələsinə qeyri-ciddi münasibəti qəbuledilməz hesab edir:
“Buna görə də biz hər iki məhsulun nəzərdə tutulan ünvana çatdırılmasını təmin etmək üçün cənab Putinlə danışıqlarımızı davam etdirəcəyik. Xarici işlər naziri (Türkiyə) Hakan Fidan da bu məsələni yaxından izləyəcək və mən ümid edirəm ki, biz bu problemlərin öhdəsindən gələcəyik”.
Türkiyə prezidenti həmçinin bildirib ki, rusiyalı həmkarından Türkiyə ərazisi ilə Afrika ölkələrinə tədarük olunan taxılın həcmini artırmağı xahiş etməyi planlaşdırır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində Türkiyənin qərbində qaz qovşağının və İstanbulda enerji mərkəzinin yaradılmasını müzakirə etdiyini, bu məsələlərlə bağlı danışıqların davam etdiyini bildirib.
Onun sözlərinə görə, Ataşehirdə gələcək mərkəz müxtəlif növ enerji resurslarının satışı və paylanması yerinə çevriləcək.
Türkiyə lideri qeyd edib ki, başqa ölkələrdən də Türkiyə vasitəsilə Avropaya qaz gələ bilər və zaman keçdikcə Türkiyə qazın qiymətini müəyyən edən mərkəzə çevriləcək. İnsanlar ilk dəfə ötən ilin oktyabrında Türkiyənin qaz qovşağından danışmağa başlayıblar.
Daha sonra - Baltik dənizinin dibində "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərinin dağıdılmasından iki həftə sonra - Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya qazının itirilmiş tranzit həcmi Qara dəniz regionuna köçürülə bilər.
O, Türkiyədə qaz qovşağının yaradılması imkanını qeyd edib ki, bu da digər ölkələrə, ilk növbədə Avropaya tədarük üçün platformaya çevrilə bilər, eləcə də qazın qiymətlərini müəyyənləşdirir.
Putin həftənin əvvəlində Soçidə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə qeyd edib ki, Rusiya Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqların tezliklə başa çatmasını gözləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.