https://sputnik.az/20230912/azerbaycanda-sehersalma-heftesi-teskil-edilecek-458543222.html
Azərbaycanda "Şəhərsalma Həftəsi" təşkil ediləcək
Azərbaycanda "Şəhərsalma Həftəsi" təşkil ediləcək
Sputnik Azərbaycan
Oktyabrın 2-də Bakı şəhəri ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. 12.09.2023, Sputnik Azərbaycan
2023-09-12T15:14+0400
2023-09-12T15:14+0400
2023-09-12T15:14+0400
azərbaycan
paytaxt xəbərləri
şəhər
bakı
şəhərsalma
dövlət şəhərsalma və arxitektura komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426796037_0:160:3073:1888_1920x0_80_0_0_1834faf783e695e28c01bec7ac3435f0.jpg
BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan BMT-nin Məskunlaşma Proqramı ilə birgə sentyabrın 29-dan bir sıra nüfuzlu tədbirlərdən ibarət "Şəhərsalma Həftəsi" təşkil edəcək. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib. O qeyd edib ki, 29 sentyabr - 1 oktyabr tarixlərində Zəngilan və Bakıda keçiriləcək "Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda" mövzusu ilə II Azərbaycan Milli Şəhərsalma Forumu həm Azərbaycandan, həm də bir çox xarici ölkələrdən müxtəlif dövlət rəsmilərini, habelə mütəxəssisləri və ekspertləri bir araya gətirəcək. R.İdrisoğlunun sözlərinə görə, oktyabrın 2-də Bakı şəhəri ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək: "Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri bir araya gələrək "Dayanıqlı Şəhər İqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi" mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar: "Şəhərsalma Həftəsi" çərçivəsində qeyd olunan və əlavə təşkil ediləcək tədbirlər zamanı onlarla ölkə rəsmiləri və mütəxəssisləri, yerli və beynəlxalq təşkilatlarının nümayəndələri üçün geniş təcrübə mübadiləsi aparmaq imkanı yaradılacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426796037_170:0:2901:2048_1920x0_80_0_0_0d68bd67ed8ef773f50b73e193b8592c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, şəhər, bakı, şəhərsalma, dövlət şəhərsalma və arxitektura komitəsi
azərbaycan, şəhər, bakı, şəhərsalma, dövlət şəhərsalma və arxitektura komitəsi
Azərbaycanda "Şəhərsalma Həftəsi" təşkil ediləcək
Oktyabrın 2-də Bakı şəhəri ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək.
BAKI, 12 sentyabr — Sputnik. Azərbaycan BMT-nin Məskunlaşma Proqramı ilə birgə sentyabrın 29-dan bir sıra nüfuzlu tədbirlərdən ibarət "Şəhərsalma Həftəsi" təşkil edəcək.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib.
O qeyd edib ki, 29 sentyabr - 1 oktyabr tarixlərində Zəngilan və Bakıda keçiriləcək "Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda" mövzusu ilə II Azərbaycan Milli Şəhərsalma Forumu həm Azərbaycandan, həm də bir çox xarici ölkələrdən müxtəlif dövlət rəsmilərini, habelə mütəxəssisləri və ekspertləri bir araya gətirəcək.
R.İdrisoğlunun sözlərinə görə, oktyabrın 2-də Bakı şəhəri ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək: "Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri bir araya gələrək "Dayanıqlı Şəhər İqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi" mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar: "Şəhərsalma Həftəsi" çərçivəsində qeyd olunan və əlavə təşkil ediləcək tədbirlər zamanı onlarla ölkə rəsmiləri və mütəxəssisləri, yerli və beynəlxalq təşkilatlarının nümayəndələri üçün geniş təcrübə mübadiləsi aparmaq imkanı yaradılacaq".