Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Asiya arasında ticarət qlobal aclıq probleminin həllinə kömək edir - Rusiya KTN

© Sputnik / Фотохост-агентство brics-russia2020.ru / Mediabanka keçidMaksim Markoviç
Maksim Markoviç - Sputnik Azərbaycan, 1920, 11.09.2023
Abunə olmaq
Markoviç bildirib ki, "qlobal aclıq" haqqında diskussiya ilk növbədə Afrikaya aid olsa da, aclıqdan əziyyət çəkən insanların əksəriyyəti Asiyada yaşayır.
BAKI, 11 sentyabr — Sputnik. Rusiya ərzaq təhlükəsizliyi məsələlərini həll etmək üçün dost ölkələrlə əməkdaşlıq edir, Asiya ilə ticarət isə qlobal aclıq probleminin həllinə kömək edir.
Bunu Rusiya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) beynəlxalq əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının ixracının inkişafı departamentinin direktoru Maksim Markoviç Şərq İqtisadi Forumunda (ŞİF) deyib.

"Rusiyanın qlobal ərzaq bazarındakı mövqeyi həqiqətən unikal hesab edilə bilər. Biz ərzaq təhlükəsizliyi məsələlərini həll etmək üçün dost ölkələrlə fəal əməkdaşlıq edirik. Ölkəmizə gəlincə, Asiya ilə ticarət isə qlobal aclıq problemlərinin həllinə kömək edir", - deyə Markoviç ŞİF çərçivəsində sessiyada çıxışı zamanı bildirib.

O qeyd edib ki, "qlobal aclıq" haqqında diskussiya ilk növbədə Afrikaya aid olsa da, aclıqdan əziyyət çəkən insanların əksəriyyəti Asiyada yaşayır.
Eyni zamanda, onun sözlərinə görə, xüsusilə, Rusiyanın Çinə kənd təsərrüfatı məhsullarının tədarükü bu il artıq 85% artaraq 5 milyard dollara yaxın olub.
VIII Şərq İqtisadi Forumu 2023-cü ilin 10-13 sentyabr tarixlərində Vladivostokda Uzaq Şərq Federal Universitetinin (UŞFU) kampusunda keçirilir. RİA Novosti forumun baş informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0