Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda otuz bir marşrut xəttinə əlavə yüzdən artıq avtobus verilib

© Photo : Baku Transport AgencyAvtobus, arxiv
Avtobus, arxiv - Sputnik Azərbaycan, 1920, 11.09.2023
Abunə olmaq
Müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətlərini təhlil edib və marşrut xətlərində avtobus sayı gündəlik nəzarətə götürülüb.
AYNA-nın yaydığı məlumata istinadən xəbər verir ki, sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur.
"Hazırda 31 marşrut xətti üzrə sərnişindaşımaya əlavə olaraq 112 avtobus cəlb edilib. Həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 11, 13, 14, 21, 33, 38, 40, 46, 49, 60, 71, 77, 79, 88, 96, 114A, 114B, 119, 125, 133, 136, 160, 165, 199, 206 və M8 marşrut xətlərinə buraxılıb. Müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir. İctimaiyyətə bu barədə məlumat veriləcək", - deyə məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0