QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilmiş ərazilərdə daha qırx üç mina aşkarlanıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidQarabağda yol kənarında mina
Qarabağda yol kənarında mina - Sputnik Azərbaycan, 1920, 11.09.2023
Abunə olmaq
ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat yayıb.
BAKI, 11 sentyabr — Sputnik. Sentyabrın 4-dən 10-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 524,6 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.
Bu barədə ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.
Məlumata əsasən, Tərtər, Ağdam, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 31 piyada əleyhinə, 12 tank əleyhinə mina, 214 partlamamış hərbi sursat aşkarlanıb.
Qeyd edək ki, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 972, tank əleyhinə 1 020 mina və 1 121 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 5 264,14 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0