Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml: Qərbin "Taxıl sazişi"nin bərpası ilə bağlı təklifləri Rusiyanı qane etmir

© AP Photo / Luca BrunoTaxıl məhsulu, arxiv şəkli
Taxıl məhsulu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.09.2023
Abunə olmaq
Moskva əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsini tələb edir.
BAKI, 10 sentyabr - Sputnik. Qərbin təklif etdiyi “Taxıl sazişi”nin bərpa olunması şərtləri Rusiyanı qane etmir.
APA xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsini tələb edir.
Peskov bildirib ki, "Taxıl sazişi"nin bərpası üçün SWIFT şirkətin törəmə müəssisəsi üçün deyil, Rosselxozbank üçün açılmalıdır.
Qeyd edək ki, BMT Rusiya tərəfinin "taxıl sazişi"ni bərpa etmək üçün bütün şərtləri ilə razılaşmağa hazır olduğunu açıqlayıb. Bu barədə Almaniyanın "Bild" qəzeti BMT-nin baş katibi Antonio Quterreşin avqustun 28-də Rusiya xarici işlər naziri Sergey Lavrova göndərdiyi məxfi məktubuna istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, məktubda Quterreş Lavrovu “BMT Katibliyi ilə Rusiya Federasiyası arasında dörd təməl prinsip əsasında saziş qurmağı təklif edib, hansı ki, bu sazişin köməyi ilə “Qara dəniz təşəbbüsünü" bərpa etmək olar.
Xəbər lenti
0