Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda yenidən qurulacaq uşaq bağçalarının sayı açıqlandı

Uşaq bağça - Sputnik Azərbaycan, 1920, 10.09.2023
Abunə olmaq
BAKI, 10 sentyabr - Sputnik. Bakıda 49 bağça yenidən təmir ediləcək. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən cavabda bildirilib. Verilən məlumatda o da bildirilib k, 2023-2024-cü tədris ilinə hazırlıq çərçivəsində 5 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılır (99, 116, 101, 286, A. Məmmədov adına uşaq bağçası), həmçinin 2 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işlərinin görülməsi planlaşdırılır.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2021-ci il tarixindən Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra paytaxtda da müvafiq müəssisələrin ümumi infrastruktur vəziyyəti və şəraiti ilə bağlı monitorinqlər aparılaraq nəticələri təhlil olunub. Carı və əsaslı təmirə ehtiyacı olan məktəbəqədər təhsil müəssisələri prioritetləşdirilib və həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. Hazırda nəzərdə tutulan bütün tədbirlər mərhələli şəkildə davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi dövlət qayğısı sayəsində məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilir. Bu tədbirlər ümumilikdə, uşaqların şəraitinin yaxşılaşdırılmasına və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edir.
Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, müvafiq müəssisələrə cəlb olunan uşaqların sayının artırılması tədbirləri çərçivəsində 2023-cü ilin iyul ayında Bakı şəhəri Hövsan qəsəbəsində 13 və 14 nömrəli uşaq bağçaları istifadəyə verilib.
Onu da əlavə edək ki, son 2 ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 208 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşıb. 49 məktəbəqədər təhsil müəssisəsində isə cari təmir işlərinin aparılması nəzərdə tutulur.
Eyni zamanda 9 məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin balansına verilib”.
Xəbər lenti
0