https://sputnik.az/20230910/baki-mektebleri-yeni-tedris-iline-hazirdirmi---50-mektebde-temir-aparilir-458475161.html
Bakı məktəbləri yeni tədris ilinə hazırdırmı?
Bakı məktəbləri yeni tədris ilinə hazırdırmı?
Sputnik Azərbaycan
4 təhsil müəssisəsində əsaslı təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur 10.09.2023, Sputnik Azərbaycan
2023-09-10T15:40+0400
2023-09-10T15:40+0400
2023-09-10T15:40+0400
məktəb
paytaxt xəbərləri
təmir
təmir işləri
bakı şəhəri üzrə təhsil idarəsi
təmir və tikinti
https://cdnn1.img.sputnik.az/img/42383/17/423831792_0:192:3261:2026_1920x0_80_0_0_383827892aba41df5a5f64f61bde96b4.jpg
BAKI, 10 sentyabr - Sputnik. Paytaxtda yeni tədris ilində neçə məktəbin yenidən təmir olunaraq istifadəyə veriləcəyi açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, yeni dərs ilinə hazırlıq çərçivəsində təhsil infrastrukturunun möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, təhsil müəssisələrində əsaslı təmir işlərinin aparılması davam edir. “Bir sıra məktəblər əsaslı təmir edilib, ehtiyac olan ərazilərdə yeni məktəb binaları və tədris korpusları inşa edilib, mühəndis-kommunikasiya işləri həyata keçirilib. Belə ki, 2023-2024-cü tədris ilinə hazırlıq çərçivəsində 1 məktəbdə (313) əsaslı təmir işləri aparılır. Qarşımıza qoyduğumuz stateji məqsədlərimizdən biri əlçatanlıqdır ki, bu, hər kəs üçün təhsil almaq imkanlarının təqdim olunmasıdır. Əlçatanlıq baxımından deyə bilərik ki, Bakı şəhəri və onun tərkibinə daxil olan bütün rayon və qəsəbələr zəruri ümumi təhsil infrastrukturu ilə təmin olunmuş və genişləndirilməsi fonunda ciddi işlər aparılmaqdadır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində ümumi təhsil məktəblərinin təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilir. Son illər müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Hazırda 50 məktəbdə cari təmir işləri görülməkdədir, 4 təhsil müəssisəsində isə əsaslı təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur (57, 141, 151, 68)”, - deyə sorğuya cavabda bildirilib. İdarədən o da qeyd edilib ki, tədbirlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42383/17/423831792_343:0:3074:2048_1920x0_80_0_0_1c2e85e623e0239c6c34ce71782b04fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, təmir, təmir işləri, bakı şəhəri üzrə təhsil idarəsi, təmir və tikinti
məktəb, təmir, təmir işləri, bakı şəhəri üzrə təhsil idarəsi, təmir və tikinti
Bakı məktəbləri yeni tədris ilinə hazırdırmı?
4 təhsil müəssisəsində əsaslı təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur
BAKI, 10 sentyabr - Sputnik. Paytaxtda yeni tədris ilində neçə məktəbin yenidən təmir olunaraq istifadəyə veriləcəyi açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, yeni dərs ilinə hazırlıq çərçivəsində təhsil infrastrukturunun möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, təhsil müəssisələrində əsaslı təmir işlərinin aparılması davam edir.
“Bir sıra məktəblər əsaslı təmir edilib, ehtiyac olan ərazilərdə yeni məktəb binaları və tədris korpusları inşa edilib, mühəndis-kommunikasiya işləri həyata keçirilib. Belə ki, 2023-2024-cü tədris ilinə hazırlıq çərçivəsində 1 məktəbdə (313) əsaslı təmir işləri aparılır.
Qarşımıza qoyduğumuz stateji məqsədlərimizdən biri əlçatanlıqdır ki, bu, hər kəs üçün təhsil almaq imkanlarının təqdim olunmasıdır. Əlçatanlıq baxımından deyə bilərik ki, Bakı şəhəri və onun tərkibinə daxil olan bütün rayon və qəsəbələr zəruri ümumi təhsil infrastrukturu ilə təmin olunmuş və genişləndirilməsi fonunda ciddi işlər aparılmaqdadır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində ümumi təhsil məktəblərinin təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilir. Son illər müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Hazırda 50 məktəbdə cari təmir işləri görülməkdədir, 4 təhsil müəssisəsində isə əsaslı təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur (57, 141, 151, 68)”, - deyə sorğuya cavabda bildirilib.
İdarədən o da qeyd edilib ki, tədbirlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.