Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: Ukrayna ordusu gün ərzində 630 hərbçi və 31 PUA itirib

© SputnikRusiya Silahlı Qüvvələrinin hərbçiləri BTR-82 zirehli transportyorunun üzərində
Rusiya Silahlı Qüvvələrinin hərbçiləri BTR-82 zirehli transportyorunun üzərində - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
Rusiya xüsusi hərbi əməliyyatı başlayandan bəri 470-ə qədər Ukrayna təyyarəsi, 250-yə yaxın helikopter, 6500-ə yaxın PUA, 430-dan çox zenit-raket kompleksi, 11720-dən çox tank və digər zirehli döyüş texnikası məhv edilib.
BAKI, 8 sentyabr — Sputnik. Ukrayna qoşunları bir gündə Donetsk və Zaporojye istiqamətlərində 250-yə yaxın hərbçini itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi cümə günü xəbər verib.
Nazirlikdən bildirilib ki, Donetsk istiqamətində "Cənub" qoşun qruplaşmasının bölmələri aviasiya və artilleriya ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) 3-cü hücum bölmələrin, 77-ci aviasiya və 110-cu mexanikləşdirilmiş briqadalarının 12 hücumunu, həmçinin Donetskin Andreyevka, Artyomovsk, Orexovo-Vasiliyevka və Veseloy rayonlarında 241-ci ərazi müdafiə briqadasının hücumlarını dəf edib.

"Düşmənin itkiləri 215-dən çox ukraynalı hərbçi, 4 avtomobil, ABŞ istehsalı olan iki M777 artilleriya sistemi, D-20 haubitsa, "Rapira" tank əleyhinə silahı, həmçinin PUA-lara qarşı "Bukovel-AD" radioelektron döyüş stansiyası olub. Bundan əlavə, Donetskin Avdeyevka qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 110-cu mexanikləşdirilmiş briqadasının komanda-müşahidə məntəqəsi məhv edilib", - Müdafiə Nazirliyi bildirib.

Zaporojye istiqamətində Rusiya qoşun qruplaşmasının bölmələri tərəfindən sutka ərzində Zaporojye vilayətinin Verbovoye yaşayış məntəqəsi ərazisində USQ-nin 82-ci desant-hücum briqadasının hücum qruplarının beş hücumu dəf edib.
"Gün ərzində 40-a qədər Ukrayna hərbçisi, tank, iki piyada döyüş maşını, üç avtomobil, ABŞ istehsalı olan iki M777 artilleriya sistemi, İngiltərə istehsalı olan FH-70 silahı, haubitsalar - "Msta-B", "D-20" və "D-30", "Akasiya" özüyeriyən artilleriya qurğusu, "Qrad" reaktiv yaylım atəş sisteminin (RYAS) döyüş maşını, həmçinin "Bukovel – AD" PUA-ya qarşı radioelektron döyüş stansiyası məhv edilib", - nazirlikdən bildirilib.
Cənubi Donetsk istiqaməti
Cənubi Donetsk istiqamətindəki "Vostok" qoşun qruplaşmasının bölmələri gün ərzində aviasiya və artilleriyanın dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin 38-ci mexanikləşdirilmiş briqadasının hücum qrupunun hücumunu dəf edib.
"Düşmən 190 ukraynalı hərbçisini (ölən və yaralananlar), 3 zirehli döyüş maşınını, 4 texnikasını, həmçinin ABŞ istehsalı olan M777 artilleriya sistemini itirib", - nazirlik əlavə edib.
Bundan əlavə, Donetskin Novodonetsk qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələri bölməsinin silah-sursat anbarı məhv edilib.
Krasnoliman istiqaməti
Krasnolimansk istiqamətindəki "Mərkəz" qruplaşmasının bölmələri ordu aviasiyası və artilleriyanın dəstəyi ilə Luqanskın Çervonaya Dibrova qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 63-cü mexanikləşdirilmiş briqadasının hücum qruplarının iki hücumunu dəf edib.
Bundan başqa, Donetskin Serebryanka və Yampolovka rayonlarında USQ-nin 12-ci xüsusi təyinatlı briqada və 21-ci mexanikləşdirilmiş briqada bölmələrinə atəş zərbəsi endirilib.

"Gün gün ərzində bu istiqamətdə 60-a qədər Ukrayna hərbçisi, iki zirehli döyüş maşını və iki pikap məhv edilib", - Rusiya Müdafiə Nazirliyinin hesabatında bildirilir.

Kupyansk istiqaməti
Kupyansk istiqamətində "Qərb" qruplaşmasının bölmələri aktiv əməliyyatlar zamanı cəbhə xəttində vəziyyəti yaxşılaşdırıblar, həmçinin aviasiya və artilleriya atəşinin dəstəyi ilə Xarkov vilayətinin Novoyeqorovka yaşayış məntəqəsi ərazisində 95-ci desant-hücum briqadasının üç hücumunu dəf ediblər.
"Düşmənin itkiləri 100-ə qədər ukraynalı hərbçi, iki zirehli döyüş maşını, iki avtomobil, ABŞ istehsalı olan M777 artilleriya sistemi, həmçinin "Qvozdika" özüyeriyən artilleriya qurğusu olub", - Müdafiə Nazirliyi əlavə edib.
Xerson istiqaməti
Rusiya ordusu bir sutka ərzində Xerson istiqamətində 25-dən çox Ukrayna hərbçisini, üç texnikasını və "Msta-B" haubitsasını məhv edib.
USQ-nin komanda və müşahidə məntəqəsinin məhv edilməsi
Rusiya aviasiyası və artilleriyası bir sutka ərzində Zaporojye vilayətində Ukraynanın ST-68U aşağı hündürlükdə hədəfləri aşkar edən və izləyən radarını, Donbasda Ukrayna Silahlı Qüvvələrinin 63-cü mexanikləşdirilmiş briqadasının və 100-cü ərazi müdafiə briqadasının bir neçə komanda və müşahidə məntəqəsini məhv edib.
"Rusiya Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriyası tərəfindən 113 rayonda Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsinə və hərbi texnikasına atəş zərbəsi endiriblər. Bundan əlavə, Zaporojye vilayətinin Trudovoye yaşayış məntəqəsində ST-68U-nun aşağı hündürlükdə hədəfləri aşkar edən və izləyən radiolokasiya stansiyası məhv edilib", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Hava hücumundan müdafiə işi
Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən 24 saat ərzində "HIMARS" reaktiv yaylım atəş sisteminin (RYAS) dörd mərmisini ələ keçirib.
"Bundan başqa, Donetskin Nikolskoye, Klinovoye, Nikolayevka, Zaporojye vilayətinin Oçeretovatoye, Şirokoye və Xarkov vilayətinin Kotlyarovka yaşayış məntəqələri ərazilərində 31 pilotsuz uçuş aparatı məhv edilib", - nazirliyin məlumatında deyilir.
Xüsusi hərbi əməliyyatın əvvəlindən
Rusiya xüsusi hərbi əməliyyatı (XHƏ) başlayandan bu günə kimi 467 Ukrayna təyyarəsi, 248 helikopter, 6498 pilotsuz uçuş aparatı, 436 zenit-raket kompleksi, 11721 tank və digər zirehli döyüş texnikası, 1149 reaktiv yaylım atəşi sistemlərinin döyüş maşını, 6289 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 12794 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0