https://sputnik.az/20230908/lavrov-g20-sammitinde-istirak-etmek-ucun-nyu-dehliye-gedib-458428320.html
Lavrov G20 sammitində iştirak etmək üçün Nyu-Dehliyə gedib
Lavrov G20 sammitində iştirak etmək üçün Nyu-Dehliyə gedib
Sputnik Azərbaycan
Sammitin əsas tədbirləri sentyabrın 9-10 tarixlərində baş tutacaq. 08.09.2023, Sputnik Azərbaycan
2023-09-08T15:06+0400
2023-09-08T15:06+0400
2023-09-08T15:06+0400
rusiya
g-20
hindistan
briks
ölkə
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0d/456752769_0:0:3013:1696_1920x0_80_0_0_e8882236ff06a25979191cae0e10f954.jpg
BAKI, 8 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Böyük iyirmilik" (G20) sammitində iştirak etmək üçün Hindistana gedib. Rusiya nazirinini təyyarəsi İndira Qandi adına Beynəlxalq Hava Limanına enib. Bu barədə TASS-ın müxbiri xəbər verib. Lavrov Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə G20-də Rusiya nümayəndə heyətinə rəhbərlik edir.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, nazirin iki plenar iclasında çıxışı planlaşdırılır. Zaxarova vurğulayıb ki, Moskva Dehli sammitinin uğuruna və bütövlükdə Hindistanın G20-yə sədrliyinin səmərəliliyinə hər cür töhfə vermək məqsədi daşıyır.Diplomat qeyd edib ki, Rusiya tərəfi "G20-nin bütün digər üzvlərinin, xüsusən də qərb perimetrindən eyni qarşılıqlı yanaşmaya" ümid edir və BRİKS ölkələrinin dəstəyi ilə G20 qrupunun geniş spektrli dost tərəfdaş ölkələri ilə birlikdə "bununla bağlı istənilən zərərli proseslərə fəal şəkildə qarşı çıxacaq"Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0d/456752769_284:0:3013:2047_1920x0_80_0_0_bd41a7238933a945e595e0efb811e3a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
g-20, hindistan, briks , ölkə
g-20, hindistan, briks , ölkə
Lavrov G20 sammitində iştirak etmək üçün Nyu-Dehliyə gedib
Sammitin əsas tədbirləri sentyabrın 9-10 tarixlərində baş tutacaq.
BAKI, 8 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Böyük iyirmilik" (G20) sammitində iştirak etmək üçün Hindistana gedib. Rusiya nazirinini təyyarəsi İndira Qandi adına Beynəlxalq Hava Limanına enib. Bu barədə TASS-ın müxbiri xəbər verib.
Lavrov Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə G20-də Rusiya nümayəndə heyətinə rəhbərlik edir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, nazirin iki plenar iclasında çıxışı planlaşdırılır.
Zaxarova vurğulayıb ki, Moskva Dehli sammitinin uğuruna və bütövlükdə Hindistanın G20-yə sədrliyinin səmərəliliyinə hər cür töhfə vermək məqsədi daşıyır.
Diplomat qeyd edib ki, Rusiya tərəfi "G20-nin bütün digər üzvlərinin, xüsusən də qərb perimetrindən eyni qarşılıqlı yanaşmaya" ümid edir və BRİKS ölkələrinin dəstəyi ilə G20 qrupunun geniş spektrli dost tərəfdaş ölkələri ilə birlikdə "bununla bağlı istənilən zərərli proseslərə fəal şəkildə qarşı çıxacaq"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.