Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan G20 liderlərinin toplantısında iştirak etmək üçün Hindistana gedir

© AFP 2024 / PETRAS MALUKASTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
Ərdoğanın həmçinin G20 liderləri, sammitdə iştirak edən bəzi hökumət başçıları ilə təkbətək görüşləri gözlənilir.
BAKI, 8 sentyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin 18-ci zirvə toplantısında iştirak edəcək.
Sputnik Türkiyə-nin məlumata görə, Türkiyə Prezidenti zirvə toplantısında iştirak etmək üçün sentyabrın 8-də Hindistana gedəcək.
Sentyabrın 8-dən 10-dək Yeni Dehlidə keçiriləcək toplantıda G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” sammitində əsas mövzu altında, üç sessiyada fikir mübadiləsi aparacaq.
Ərdoğanın həmçinin G20 liderləri, sammitdə iştirak edən bəzi hökumət başçıları ilə təkbətək görüşləri gözlənilir.
30.08.23, 10:21
Ərdoğan G-20-ni Putinin Ukrayna ilə bağlı şərtləri və niyyəti ilə tanış edəcək
G20 ölkələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dilindən Rusiya prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinə son qoymaq üçün şərtlərini və niyyətlərini eşidəcək. Bu barədə çərşənbə günü Türkiyənin "Milliyet" qəzeti yazır.
Bazar ertəsi günü Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Putin və Ərdoğan arasında görüş barədə danışarkən, görüşün tezliklə baş tutacağını, tarixlərin elan edilməsi ilə bağlı razılaşmaların olduğunu, Kremlin onlara əməl etdiyini bildirib.
RİA Novosti-nin Türkiyə liderinin administrasiyasındakı mənbəsi bildirib ki, Ərdoğanın Rusiyaya səfəri Hindistanda keçiriləcək G20 sammitindən əvvəl baş tutacaq. Hakim partiyanın rəsmi nümayəndəsi Ömər Çelik Türkiyə liderinin yaxın vaxtlarda Soçiyə səfər edəcəyini təsdiqləyib.
Türkiyənin Habertürk telekanalı çərşənbə axşamı bildirib ki, liderlər arasında danışıqlar sentyabrın 4-də Soçidə baş tutacaq.
Məcmuə yazır ki, G20 sammiti ərəfəsində Ərdoğanla Putinin danışıqları Türkiyəni Hindistandakı görüşün “ulduzuna” çevirir.

"Hamı Putinin şərtlərini və niyyətlərini dinləyəcək... Ərdoğandan. Qərb yenə də öz xəttini Ərdoğana (Ukrayna ilə bağlı) izah edəcək. Bu o deməkdir ki, Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün faktiki vasitəçilik prosesi başlayıb”, - deyə nəşr yazır.

Qəzet onu da yazır ki, Türkiyə və Rusiya liderləri “taxıl müqaviləsi”ni müzakirə edəcəklər.
"Ərdoğan və Putin "taxıl dəhlizi" məsələsini müzakirə edəcəklər. Bu, Afrikanın aclıqla mübarizəsi üçün çox vacibdir. Əgər Ərdoğan Putini “taxıl dəhlizi” məsələsinə qayıtmağa inandıra bilsə, o zaman bütün dünya üçün böyük bir iş görəcək. Bu, həm Türkiyənin Afrikadakı “yumşaq güc” diplomatiyasını gücləndirəcək, həm də Afrika ölkələrinin BMT-də dəstəyini qazanacaq”, - deyə məqalədə qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0