QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilmiş ərazilərə indiyədək 500-ə qədər ailə köçürülüb

© AFP 2024 / Tofik Babayevköç
köç - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə köçürülən ailələrin sayı açıqlanıb.
BAKI, 8 sentyabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan bir qrup əcnəbi jurnalistlə görüşüb.
Qurumdan bildirilib ki, qonaqlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində Azərbaycanda yaranan qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində həyata keçirilən tədbirlər, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, 44 günlük Vətən müharibəsindən sonra yaranan vəziyyət, Böyük Qayıdışla bağlı görülən işlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətlə əvvəlki yaşayış yerlərinə qayıdışının təmin edilməsini Prezident İlham Əliyev mühüm strateji vəzifə kimi müəyyənləşdirib. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilib və uğurla icra edilir. Böyük Qayıdışla bağlı məsələlərə, məcburi köçkünlərin sosial müdafiəsinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət və qayğı göstərir.
İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən salınan yaşayış məntəqələrinə əhalinin qayıdışının dinamikası barədə qonaqlara məlumat verilərkən bildirilib ki, indiyədək 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 247 ailə (956 nəfər) Laçın şəhərinə, 95 ailə (349 nəfər) Füzuli şəhərinə, 21 ailə ( 94 nəfər) Zabux kəndinə köçürülüb.
Görüşdə əcnəbi jurnalistlərin Laçın rayonunun Zabux kəndinə avqustun 25-də köçürülümüş sakinlərdən biri - Akif Hüseynov ilə mobil telefonda görüntülü danışığına şərait yaradılıb. Kənd sakini doğma yurda qayıdışla bağlı təəssüratlarını bölüşüb, orada rahat yaşayışın təmin edildiyini bildirib və jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.
"Haber Global"ın əməkdaşı Nərgiz Attar səmimi qəbula görə qonaqların adından minnətdarlıq bildirib və deyib ki, səfərin məqsədi Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyyətinə çatdırılmasıdır.
Əcnəbi jurnalistlərin çoxsaylı suallarını cavablandıran komitə sədri onlara almaniyalı alim Mixael Hessin "Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" adlı kitabını hədiyyə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0