https://sputnik.az/20230907/peskov-ermenistanla-abs-in-herbi-telimleri-qafqazda-sabitlesmeye-komek-etmeyecek-458398645.html
Peskov: Ermənistanla ABŞ-ın hərbi təlimləri Qafqazda sabitləşməyə kömək etməyəcək
Peskov: Ermənistanla ABŞ-ın hərbi təlimləri Qafqazda sabitləşməyə kömək etməyəcək
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə bildirib ki, Rusiya münaqişə zonasında təhlükəsizlik təminatçısı funksiyalarını yerinə yetirməkdə davam edir. 07.09.2023, Sputnik Azərbaycan
2023-09-07T17:59+0400
2023-09-07T17:59+0400
2023-09-07T18:00+0400
dmitri peskov
rusiya
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_0:31:3069:1757_1920x0_80_0_0_bf6faa86fa29bf93ffe736b3d4cbdf6d.jpg
BAKI, 7 sentyabr — Sputnik. ABŞ-Ermənistan birgə hərbi təlimlərinin keçirilməsi regionda vəziyyətin sabitləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə kömək etməyəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Bu vəziyyətdə belə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə kömək etmir. Hər halda, bu, regionda, qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə də kömək etmir", - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib. Peskovun sözlərinə görə, Rusiya münaqişə zonasında təhlükəsizliyin təminatçısı kimi öz funksiyalarını yerinə yetirməkdə, həmçinin "həm İrəvan, həm də Bakı ilə dəqiq və ardıcıl konstruktiv iş" aparmaqda davam edir. Bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti ABŞ-Ermənistan hərbi təlimlərinin sentyabrda keçiriləcəyini, onların məqsədlərinin sülhməramlı missiyalar çərçivəsində əməliyyat uyğunluğunun artırılacağını bildirib. ABŞ-ın Rusiya vətəndaşlarının əmlakının müsadirə edilməsindən danışan Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiya bunu tamamilə mənfi qəbul edir, çünki bu qanunsuzdur. "İstənilən halda, bunlar tamamilə mənfi qəbul edilib, çünki dövlət mülkiyyətinə, özəl mülkiyyətə, Rusiya Federasiyasının xaricdəki qarışıq mülkiyyət növlərinə aid hər hansı bir vəsaitin bloklanması, ələ keçirilməsi və ya digər yolla saxlanması ilə bağlı bütün halları biz qanunsuz hərəkətlər hesab edirik", - deyə Peskov bildirib. Bu yaxınlarda ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ-ın sanksiya altındakı rusiyalı sahibkarlardan müsadirə etdiyi vəsait Ukrayna yaraqlılarının ehtiyacları üçün istifadə olunacaq. Dövlət Departamentinin press-relizində deyilir ki, söhbət onların "reinteqrasiya və reabilitasiyasına" gedəcək 5,4 milyon dollardan gedir. Peskov Vaşinqtonun tükənmiş uran mərmilərini Kiyevə təhvil vermək qərarını da qınayaraq bunu çox pis xəbər adlandırıb. O qeyd edib ki, buna görə bütün məsuliyyət ABŞ rəhbərliyinin üzərinə düşəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_169:0:2900:2048_1920x0_80_0_0_b21556533fa09517cc89c94cdb4175da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri peskov, abş
Peskov: Ermənistanla ABŞ-ın hərbi təlimləri Qafqazda sabitləşməyə kömək etməyəcək
17:59 07.09.2023 (Yenilənib: 18:00 07.09.2023) Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə bildirib ki, Rusiya münaqişə zonasında təhlükəsizlik təminatçısı funksiyalarını yerinə yetirməkdə davam edir.
BAKI, 7 sentyabr — Sputnik. ABŞ-Ermənistan birgə hərbi təlimlərinin keçirilməsi regionda vəziyyətin sabitləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə kömək etməyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Bu vəziyyətdə belə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə kömək etmir. Hər halda, bu, regionda, qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə də kömək etmir", - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.
Peskovun sözlərinə görə, Rusiya münaqişə zonasında təhlükəsizliyin təminatçısı kimi öz funksiyalarını yerinə yetirməkdə, həmçinin "həm İrəvan, həm də Bakı ilə dəqiq və ardıcıl konstruktiv iş" aparmaqda davam edir.
Bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti ABŞ-Ermənistan hərbi təlimlərinin sentyabrda keçiriləcəyini, onların məqsədlərinin sülhməramlı missiyalar çərçivəsində əməliyyat uyğunluğunun artırılacağını bildirib.
ABŞ-ın Rusiya vətəndaşlarının əmlakının müsadirə edilməsindən danışan Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiya bunu tamamilə mənfi qəbul edir, çünki bu qanunsuzdur.
"İstənilən halda, bunlar tamamilə mənfi qəbul edilib, çünki dövlət mülkiyyətinə, özəl mülkiyyətə, Rusiya Federasiyasının xaricdəki qarışıq mülkiyyət növlərinə aid hər hansı bir vəsaitin bloklanması, ələ keçirilməsi və ya digər yolla saxlanması ilə bağlı bütün halları biz qanunsuz hərəkətlər hesab edirik", - deyə Peskov bildirib.
Bu yaxınlarda ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ-ın sanksiya altındakı rusiyalı sahibkarlardan müsadirə etdiyi vəsait Ukrayna yaraqlılarının ehtiyacları üçün istifadə olunacaq. Dövlət Departamentinin press-relizində deyilir ki, söhbət onların "reinteqrasiya və reabilitasiyasına" gedəcək 5,4 milyon dollardan gedir.
Peskov Vaşinqtonun tükənmiş uran mərmilərini Kiyevə təhvil vermək qərarını da qınayaraq bunu çox pis xəbər adlandırıb.
O qeyd edib ki, buna görə bütün məsuliyyət ABŞ rəhbərliyinin üzərinə düşəcək.