QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Laçında 32 ildən sonra ilk dəfə "Bilik Günü" qeyd olunacaq

© Sputnik / Murad Orujov"Bilik Günü"
Bilik Günü  - Sputnik Azərbaycan, 1920, 07.09.2023
Abunə olmaq
"Bilik Günü"ndə Elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, müəllimlər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak edəcək
BAKI, 7 sentyabr — Sputnik. Sentyabrın 15-də Laçın rayon 2 nömrəli tam orta məktəbdə ilk zəng çalınacaq.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, müəllimlər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak edəcək.
510 şagird yerlik Laçın rayon 2 nömrəli tam orta məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.
Daha sonra isə Laçın rayonu Zabux kənd tam orta məktəbində ilk dərs günü münasibətilə tədbir olacaq.
Bundan əlavə, sentyabrın 14-də Şuşa 1 nömrəli məktəblə tanışlıq olacaq.
Qeyd edək ki, Laçında sonuncu dəfə 1991-ci ilin sentyabrında 1991-1992-ci dərs ilinin başlaması münasibətilə "Bilik Günü" keçirilib.
Xəbər lenti
0