https://sputnik.az/20230907/bakida-tdt-nin-fovqelade-hallarin-idare-edilmesi-uzre-nazirlerinin-iclasi-kecirilir-458386261.html
Bakıda TDT-nin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin iclası keçirilir
Bakıda TDT-nin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin iclası keçirilir
Sputnik Azərbaycan
Tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, TDT-nin Baş katibi, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız və Şimali Kipr Türk Respublikalarının... 07.09.2023, Sputnik Azərbaycan
2023-09-07T10:55+0400
2023-09-07T10:55+0400
2023-09-07T11:10+0400
bakı
paytaxt xəbərləri
tdt
fövqəladə hallar nazirliyi
fövqəladə
iclas
https://cdnn1.img.sputnik.az/img/07e7/09/07/458386077_0:198:1280:918_1920x0_80_0_0_711a95e4d9161bf52217840262d4047a.jpg
BAKI, 7 sentyabr — Sputnik. Sentyabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyə Respublikasının daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstan Respublikasının fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz iştirak edirlər. TDT-yə üzv və müşahidəçi dövlətlərin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının keçirilməsində məqsəd Təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin müzakirəsi və təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsinin müzakirəsidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/07/458386077_0:0:1280:960_1920x0_80_0_0_83d8fe2be8b93502e1fc6819b80f02ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, tdt, fövqəladə hallar nazirliyi, fövqəladə, iclas
bakı, tdt, fövqəladə hallar nazirliyi, fövqəladə, iclas
Bakıda TDT-nin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin iclası keçirilir
10:55 07.09.2023 (Yenilənib: 11:10 07.09.2023) Tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, TDT-nin Baş katibi, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız və Şimali Kipr Türk Respublikalarının daxili işlər nazirləri iştirak edirlər
BAKI, 7 sentyabr — Sputnik. Sentyabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası öz işinə başlayıb.
Tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyə Respublikasının daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstan Respublikasının fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz iştirak edirlər.
TDT-yə üzv və müşahidəçi dövlətlərin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının keçirilməsində məqsəd Təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin müzakirəsi və təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsinin müzakirəsidir.