Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Cakartada Hindistanın xarici işlər naziri ilə nə danışıb?

© Sputnik / МИД РФ / Mediabanka keçidRusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 06.09.2023
Abunə olmaq
Şərqi Asiya sammitində bir-birinin ardınca ikitərəfli görüşlər planlaşdırılır.
BAKI, 6 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyaya səfəri çərçivəsində hindistanlı həmkarı Subramanyam Cayşankar ilə görüşüb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Cakartada 18-ci Şərqi Asiya Sammiti ərəfəsində keçirilib.
Nazirlər ikitərəfli münasibətlərin aktual məsələlərini və beynəlxalq gündəliyi müzakirə ediblər. Ticarət-iqtisadi və enerji əməkdaşlığının, nəqliyyat və maliyyə sahəsində qarşılıqlı fəaliyyətin inkişafına xüsusi diqqət yetirilib.
Tərəflər BMT, ŞƏT, BRİKS və G20 kimi çoxtərəfli formatlar çərçivəsində səylərin daha da əlaqələndirilməsi istəyini vurğulayıblar. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyada Hind Okeanı Sahil Ölkələrinin Regional Əməkdaşlıq Assosiasiyasının baş katibi Salman əl-Farsi ilə görüşüb.
***
Rusiya xarici işlər naziri Sergey Lavrov Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə Cakartada keçiriləcək Şərqi Asiya sammitində görüşəcək.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə məlumat verib.
Şərqi Asiya sammiti - Asiya-Sakit okean regionu dövlətləri liderlərinin siyasi quruluş, dövlətlər arasında praktik kooperasiyanın inkişafı və təşviqi məsələləri ilə bağlı dialoqu üçün platformadır. O, sentyabrın 7-də keçiriləcək.
"Bir-birinin ardınca ikitərəfli görüşlər planlaşdırılır. Cakartada ilk olaraq Hindistanın xarici işlər naziri ilə, daha sonra, belə desək, regional təşkilatların nümayəndələri ilə görüşlər olacaq. Laosun xarici işlər naziri ilə də görüş gözlənilir", - deyə Zaxarova "Sputnik" radiosunun efirində bildirib.
O, əlavə edib ki, axşam Lavrov İndoneziya Prezidentinin təşkil etdiyi təntənəli axşam yeməyində iştirak edəcək. Ziyafətdə, həmçinin Şərqi Asiya sammitinə gələn bütün nümayəndə heyətlərinin rəhbərləri də iştirak edəcəklər.
Xəbər lenti
0