https://sputnik.az/20230906/kreml-ermenistan-abs-herbi-telimleri-narahatliq-dogurur-458369511.html
Kreml: "Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur"
Kreml: "Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur"
Sputnik Azərbaycan
Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək. 06.09.2023, Sputnik Azərbaycan
2023-09-06T18:22+0400
2023-09-06T18:22+0400
2023-09-06T18:43+0400
kreml
rusiya
ermənistan
nato
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852646_0:161:3070:1888_1920x0_80_0_0_88bec4388580687f81983482c3ea2418.jpg
BAKI, 6 sentyabr — Sputnik. "Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur". Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək planlarına münasibət bildirərkən deyib. "Əlbəttə, belə xəbərlər, xüsusən də indiki vəziyyətdə narahatlıq doğurur. Buna görə də biz bu xəbərləri dərindən təhlil edəcəyik və vəziyyəti diqqətdə saxlayacağıq", - o vurğulayıb. Ermənistan ordusu ABŞ-la birgə hərbi təlimlər keçirəcək Xatırladaq ki, Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək. Sputnik Ermənistan bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. "Sentyabrın 11-dən 20-dək Ermənistanda, xüsusilə də Müdafiə Nazirliyinin N saylı sülhməramlı briqadasının "Zar" təlim mərkəzində və beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində "EAGLE PARTNER-2023" adlı birgə təlimlər keçiriləcək", - məlumatda deyilir. Hərbi idarənin məlumatında qeyd olunur ki, təlimlərin məqsədi sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, o cümlədən NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının "Əməliyyat İmkanları Konsepsiyası"nın planlı qiymətləndirilməsinə erməni hərbçilərinin hazırlığının artırılmasıdır.
https://sputnik.az/20230906/ermenistan-ordusu-abs-la-birge-herbi-telimler-kecirecek-458352219.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852646_170:0:2901:2048_1920x0_80_0_0_659386fda135e3a3b2c4bd3d3b6b059d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kreml, ermənistan, nato, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
kreml, ermənistan, nato, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov
Kreml: "Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur"
18:22 06.09.2023 (Yenilənib: 18:43 06.09.2023) Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək.
BAKI, 6 sentyabr — Sputnik. "Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur".
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək planlarına münasibət bildirərkən deyib.
"Əlbəttə, belə xəbərlər, xüsusən də indiki vəziyyətdə narahatlıq doğurur. Buna görə də biz bu xəbərləri dərindən təhlil edəcəyik və vəziyyəti diqqətdə saxlayacağıq", - o vurğulayıb.
Ermənistan ordusu ABŞ-la birgə hərbi təlimlər keçirəcək
Xatırladaq ki, Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək. Sputnik Ermənistan bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
"Sentyabrın 11-dən 20-dək Ermənistanda, xüsusilə də Müdafiə Nazirliyinin N saylı sülhməramlı briqadasının "Zar" təlim mərkəzində və beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində "EAGLE PARTNER-2023" adlı birgə təlimlər keçiriləcək", - məlumatda deyilir.
Hərbi idarənin məlumatında qeyd olunur ki, təlimlərin məqsədi sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, o cümlədən NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının "Əməliyyat İmkanları Konsepsiyası"nın planlı qiymətləndirilməsinə erməni hərbçilərinin hazırlığının artırılmasıdır.