https://sputnik.az/20230906/azerenerji-oturme-xetlerinde-yuklenmeni-aradan-qaldirmaq-ucun-yeni-layiheye-baslayib-458330812.html
“AzərEnerji” ötürmə xətlərində yüklənməni aradan qaldırmaq üçün yeni layihəyə başlayıb
“AzərEnerji” ötürmə xətlərində yüklənməni aradan qaldırmaq üçün yeni layihəyə başlayıb
Sputnik Azərbaycan
Paytaxtın "8 noyabr" prospektində nəqliyyatın hərəkətini dayandırmadan, qismən məhdudlaşdırmaqla işlər aparılır. 06.09.2023, Sputnik Azərbaycan
2023-09-06T08:33+0400
2023-09-06T08:33+0400
2023-09-06T08:33+0400
"azərenerji" asc
paytaxt xəbərləri
yarımstansiya
istilik
elektrik
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439053016_0:153:3099:1896_1920x0_80_0_0_e7acf67e6b0aba373f2a55ef35f84d93.jpg
BAKI, 6 sentyabr — Sputnik. "AzərEnerji" ASC Bakının 8 noyabr prospektində hava xətlərini yeraltı kabel xətti ilə əvəzləyir. "AzərEnerji"nin məlumatına görə, Bakı şəhəri Xətai rayonunun sürətlə artan sənaye və sosial obyektlərin, o cümlədən "Ağ Şəhər" kompleksinin elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsi, "Bakı" İstilik Elektrik Mərkəzində istehsal olunan enerjinin ötürülməsində məhdudiyyətlərin, həmçinin 110 kV-luq "Əhmədli" və "8-ci kilometr" ötürmə xətlərində ifrat yüklənmənin aradan qaldırılması məqsədi ilə "AzərEnerji" tərəfindən yeni layihənin icrası həyata keçirilir.Hazırda layihənin icrası üzrə 110 kV-luq "Həzi Aslanov" və "Ağ Şəhər" yarımstansiyaları arasında yeraltı ikidövrəli kabel xətlərinin "Bakı" İstilik Elektrik Mərkəzinin 110 kV-luq yarımstansiyasına giriş-çıxış sxemi ilə qoşulması üzrə işlər davam etdirilir. Bu məqsədlə 8 noyabr prospektində nəqliyyatın hərəkətini dayandırmadan, qismən məhdudlaşdırmaqla işlər aparılır. Qeyd edək ki, 8 noyabr prospektində işlər yekunlaşmaq üzrədir. Buna paralel olaraq "Bakı" İstilik Elektrik Mərkəzinin 110 kV-luq yarımstansiyasında yeni avadanlıqlarla komplektləşdirilmiş 2 ədəd yuva quraşdırılır. Bunun da nəticəsində, 110 kV-luq "Əhmədli", "Həzi Aslanov", "Ağ şəhər" yarımstansiyaları ilə "Bakı" İstilik Elektik Mərkəzinin enerji halqası yaradılacaq. 8 noyabr prospektinin estetik görünüşünü gözəlləşdirmək məqsədi ilə "Bakı" İstilik Elektrik Mərkəzi ilə "Həzi Aslanov" yarımstansiyası arasında hazırda mövcud olan yüksək gərginlikli köhnə dayaqlardan ibarət ümumilikdə 1,4 km uzunluqda hava xətti sökülərək ləğv ediləcək. Həmin hava xətti yeraltı kabel xəttinə keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439053016_184:0:2915:2048_1920x0_80_0_0_b15779062730973e8b11b55f51a27822.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"azərenerji" asc, yarımstansiya, istilik, elektrik
"azərenerji" asc, yarımstansiya, istilik, elektrik
“AzərEnerji” ötürmə xətlərində yüklənməni aradan qaldırmaq üçün yeni layihəyə başlayıb
Paytaxtın "8 noyabr" prospektində nəqliyyatın hərəkətini dayandırmadan, qismən məhdudlaşdırmaqla işlər aparılır.
BAKI, 6 sentyabr — Sputnik. "AzərEnerji" ASC Bakının 8 noyabr prospektində hava xətlərini yeraltı kabel xətti ilə əvəzləyir. "AzərEnerji"nin məlumatına görə, Bakı şəhəri Xətai rayonunun sürətlə artan sənaye və sosial obyektlərin, o cümlədən "Ağ Şəhər" kompleksinin elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsi, "Bakı" İstilik Elektrik Mərkəzində istehsal olunan enerjinin ötürülməsində məhdudiyyətlərin, həmçinin 110 kV-luq "Əhmədli" və "8-ci kilometr" ötürmə xətlərində ifrat yüklənmənin aradan qaldırılması məqsədi ilə "AzərEnerji" tərəfindən yeni layihənin icrası həyata keçirilir.
Hazırda layihənin icrası üzrə 110 kV-luq "Həzi Aslanov" və "Ağ Şəhər" yarımstansiyaları arasında yeraltı ikidövrəli kabel xətlərinin "Bakı" İstilik Elektrik Mərkəzinin 110 kV-luq yarımstansiyasına giriş-çıxış sxemi ilə qoşulması üzrə işlər davam etdirilir. Bu məqsədlə 8 noyabr prospektində nəqliyyatın hərəkətini dayandırmadan, qismən məhdudlaşdırmaqla işlər aparılır.
Qeyd edək ki, 8 noyabr prospektində işlər yekunlaşmaq üzrədir.
Buna paralel olaraq "Bakı" İstilik Elektrik Mərkəzinin 110 kV-luq yarımstansiyasında yeni avadanlıqlarla komplektləşdirilmiş 2 ədəd yuva quraşdırılır. Bunun da nəticəsində, 110 kV-luq "Əhmədli", "Həzi Aslanov", "Ağ şəhər" yarımstansiyaları ilə "Bakı" İstilik Elektik Mərkəzinin enerji halqası yaradılacaq.
8 noyabr prospektinin estetik görünüşünü gözəlləşdirmək məqsədi ilə "Bakı" İstilik Elektrik Mərkəzi ilə "Həzi Aslanov" yarımstansiyası arasında hazırda mövcud olan yüksək gərginlikli köhnə dayaqlardan ibarət ümumilikdə 1,4 km uzunluqda hava xətti sökülərək ləğv ediləcək. Həmin hava xətti yeraltı kabel xəttinə keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.