Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyənin ticarət naziri Novakla Ankara və Moskvanın prioritetlərini müzakirə edib

© Sputnik / Murad OrujovRusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak, arxiv
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak, arxiv - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan bazar ertəsi Soçidəki görüşdə taxıl müqaviləsi ətrafındakı vəziyyəti və digər məsələləri müzakirə ediblər.
BAKI, 5 sentyabr — Sputnik. Türkiyənin ticarət naziri Ömər Bolat Rusiya baş nazirinin müavini Aleksandr Novak ilə Ankara və Moskvanın ikitərəfli ticarətdəki prioritetlərini, logistika və gömrük sahəsində gözləntiləri müzakirə edib.
Bu barədə Ömər Bolat özünün X (keçmiş Twitter) səhifəsində məlumat verib.

"Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) Rusiyaya səfərində iştirak etdik və Birgə İqtisadi Komissiyanın həmsədri, Rusiya Federasiyası Baş nazirinin müavini cənab Aleksandr Novak ilə görüşdük. Biz qarşılıqlı olaraq ikitərəfli ticarətin balanslaşdırılmış həcminin qorunması ilə bağlı prioritetlərimizi və logistika, gömrük işi və ticarət sahəsində gözləntilərimizi ifadə etdik", - deyə nazir bildirib.

Xatırladaq ki, Rusiya və Türkiyə Prezidentləri Vladimir PutinRəcəb Tayyib Ərdoğan bazar ertəsi Soçidə görüşüblər. Bu, onların təxminən bir illik fasilədən sonra ilk şəxsi görüşü olub. Prezidentlər taxıl müqaviləsi ətrafındakı vəziyyəti və digər məsələləri müzakirə ediblər.
Putin bildirib ki, təxminən iki-üç həftədən sonra Rusiya altı Afrika ölkəsinə pulsuz taxıl tədarük etməyə başlayacaq. Ərdoğan qeyd edib ki, Ankara Rusiya taxılının ehtiyacı olan ölkələrə sonrakı daşınması üçün emalına kömək etməyə hazırdır və Afrika ölkələrinə ərzaq çatdırılması üçün birgə addımların atılacağına ümid edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0