https://sputnik.az/20230905/rusiya-ordusu-ukrayna-pua-larinin-olkenin-bolgelerine-hucumunun-qarsisini-alib-458319433.html
Rusiya ordusu Ukrayna PUA-larının ölkənin bölgələrinə hücumunun qarşısını alıb
Rusiya ordusu Ukrayna PUA-larının ölkənin bölgələrinə hücumunun qarşısını alıb
Sputnik Azərbaycan
Moskva vilayəti üzərində vurulmuş PUA-nın qalıqlarının düşməsi nəticəsində qaraj yanıb, xəsarət alan olmayıb. 05.09.2023, Sputnik Azərbaycan
2023-09-05T10:46+0400
2023-09-05T10:46+0400
2023-09-05T10:46+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
pua
ukrayna
hücum
moskva
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457798947_0:0:2919:1642_1920x0_80_0_0_e6f84a01a5d6cb60fefc2f8b234cacce.jpg
BAKI, 5 sentyabr - Sputnik. Rusiya ordusu Tver vilayəti üzərində iki Ukrayna pilotsuz uçan aparatını, habelə Kaluqa vilayəti və Moskva vilayəti ərazilərində daha ikisini ələ keçirib və məhv edib. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.Nazirlikdən bildirilib ki, Ukraynaya məxsus PUA Tver vilayəti ərazisi üzərində ələ keçirilib. Daha sonra agentlik Ukraynanın daha bir PUA-nın Tver vilayətinin Konakovo rayonunda vurulduğu barədə məlumat yayıb.Bundan əlavə, Rusiya paytaxtının meri Sergey Sobyanin Kaluqa vilayətində və Moskva vilayətinin İstra rayonunda gecə saatlarında Moskvaya hücum etməyə cəhd edən iki pilotsuz təyyarənin məhv edilməsi barədə məlumat verib.Bildirilib ki, İstra rayonunda dağıntıların uçması nəticəsində bir məişət obyektinə ziyan dəyib.İstra şəhər rayonunun rəhbəri Tatyana Vituşeva öz teleqram kanalında bildirib ki, vurulan təyyarənin qalıqları yerə yıxıldıqdan sonra yardımçı tikilidə - 50 "kvadrat" sahəsi olan qarajda yanğın baş verib.Vysokovoltnik bağçılıq qeyri-kommersiya ortaqlığında yanğın söndürülüb, zərər dəyməyib.Moskva hava limanlarına uçuşlara müvəqqəti məhdudiyyətlərin tətbiqi qərara alınıb və sonradan bu məhdudiyyətlər aradan qaldırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457798947_0:0:2729:2047_1920x0_80_0_0_2f510691c1d66bc4a2952c9ddbeb636d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pua, ukrayna, hücum, moskva
pua, ukrayna, hücum, moskva
Rusiya ordusu Ukrayna PUA-larının ölkənin bölgələrinə hücumunun qarşısını alıb
Moskva vilayəti üzərində vurulmuş PUA-nın qalıqlarının düşməsi nəticəsində qaraj yanıb, xəsarət alan olmayıb.
BAKI, 5 sentyabr - Sputnik. Rusiya ordusu Tver vilayəti üzərində iki Ukrayna pilotsuz uçan aparatını, habelə Kaluqa vilayəti və Moskva vilayəti ərazilərində daha ikisini ələ keçirib və məhv edib. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 5-də səhər saatlarında Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - deyə Rusiya hərbi idarəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Ukraynaya məxsus PUA Tver vilayəti ərazisi üzərində ələ keçirilib. Daha sonra agentlik Ukraynanın daha bir PUA-nın Tver vilayətinin Konakovo rayonunda vurulduğu barədə məlumat yayıb.
Bundan əlavə, Rusiya paytaxtının meri Sergey Sobyanin Kaluqa vilayətində və Moskva vilayətinin İstra rayonunda gecə saatlarında Moskvaya hücum etməyə cəhd edən iki pilotsuz təyyarənin məhv edilməsi barədə məlumat verib.
Bildirilib ki, İstra rayonunda dağıntıların uçması nəticəsində bir məişət obyektinə ziyan dəyib.
İstra şəhər rayonunun rəhbəri Tatyana Vituşeva öz teleqram kanalında bildirib ki, vurulan təyyarənin qalıqları yerə yıxıldıqdan sonra yardımçı tikilidə - 50 "kvadrat" sahəsi olan qarajda yanğın baş verib.
Vysokovoltnik bağçılıq qeyri-kommersiya ortaqlığında yanğın söndürülüb, zərər dəyməyib.
Moskva hava limanlarına uçuşlara müvəqqəti məhdudiyyətlərin tətbiqi qərara alınıb və sonradan bu məhdudiyyətlər aradan qaldırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.