Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Ərdoğana onun haqda çəkilmiş sənədli film təqdim edib

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidVladimir Putin və Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
İyirmi beş dəqiqəlik filmdə Ərdoğanla Qusmanın söhbətindən fraqmentlər yer alıb.
BAKI, 5 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı ona sənədli film təqdim edib.
TASS-ın xəbərinə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiyanın TASS dövlət xəbər agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın rejissorluğu ilə çəkilən sənədli film Ərdoğanın həyatı və siyasi karyerasından bəhs edir.
25 dəqiqəlik filmdə Ərdoğanla Qusmanın söhbətindən fraqmentlər yer alıb. Filmdə Ərdoğanın uşaqlığı ilə yanaşı, məktəb və universitet illərindən də bəhs edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0