https://sputnik.az/20230905/erdogan-turkiye-london-ve-hamburqdaki-kimi-qaz-merkezi-yaratmaq-niyyetindedirler-458342203.html
Ərdoğan: Türkiyə London və Hamburqdakı kimi qaz mərkəzi yaratmaq niyyətindədirlər
Ərdoğan: Türkiyə London və Hamburqdakı kimi qaz mərkəzi yaratmaq niyyətindədirlər
Sputnik Azərbaycan
Türkiyə liderinin sözlərinə görə, bloklardan birində də analoji mərkəzin yaradılması planlaşdırılır. 05.09.2023, Sputnik Azərbaycan
2023-09-05T19:59+0400
2023-09-05T19:59+0400
2023-09-05T19:59+0400
ərdoğan
rusiya
putin
enerji
qaz
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455644005_0:160:3072:1888_1920x0_80_0_0_7884b20907b945cfd295b067f3be1b06.jpg
BAKI, 5 sentyabr — Sputnik. Türkiyə London və Hamburqdakı mərkəzlərə bənzər qaz mərkəzi yaratmağı planlaşdırıb və bu planı Rusiya ilə müzakirə etmək niyyətindədir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdandan sonra təyyarədə jurnalistlərə bildirib. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti ölkəni enerji mərkəzinə çevirmək niyyətindədir, bunun üçün lazımi infrastruktur və fiziki imkanlar yaradılır. Ərdoğan qeyd edib ki, hökumətin London və Hamburqda biznes aparmaq üçün yaradılan mərkəzlərə bənzər təbii qaz mərkəzinin yaradılması planı var. "Biz bu planı Rusiya ilə müzakirə edəcəyik. Ölkəmizi Frakiyadan kənarda belə bir mərkəzə çevirmək istəyirik. Biz təkcə təbii qaz deyil, enerji və mədən sənayesi üçün də belə bir mərkəz yaratmağı planlaşdırırıq. Biz geniş məqsədləri olan bir mərkəz yaratmaq istəyirik. İstəyirik ki, enerji, qaz və dağ- mədən işi ilə məşğul olmaq istəyən hər kəs bu mərkəzə gəlsin. Biz bu mərkəzi Ataşehirdə (İstanbul ətrafı) maliyyə mərkəzimizin bloklarından birində yarada bilərik" – deyə Türkiyə prezidenti vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455644005_171:0:2902:2048_1920x0_80_0_0_a8db4ef2c5e69d9a8bf5d016886e33b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ərdoğan, putin, enerji, qaz
ərdoğan, putin, enerji, qaz
Ərdoğan: Türkiyə London və Hamburqdakı kimi qaz mərkəzi yaratmaq niyyətindədirlər
Türkiyə liderinin sözlərinə görə, bloklardan birində də analoji mərkəzin yaradılması planlaşdırılır.
BAKI, 5 sentyabr — Sputnik. Türkiyə London və Hamburqdakı mərkəzlərə bənzər qaz mərkəzi yaratmağı planlaşdırıb və bu planı Rusiya ilə müzakirə etmək niyyətindədir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdandan sonra təyyarədə jurnalistlərə bildirib.
"Cənab Putinlə (bazar ertəsi Soçidə - red.) görüşümüz zamanı biz müəyyən sahələrdə enerji sektorunu müzakirə etdik. Biz enerji resurslarının ölkəmizin ərazisindən keçməklə Avropaya və dünyaya nəqli üçün müxtəlif layihələri həyata keçirəcəyik. Türkiyədə qaz mərkəzinin yaradılması ilə əlaqədar həm enerji resurslarının ötürülməsində, həm də qiymət məsələlərində irəliləyiş əldə olunacaq", - deyə Ərdoğan sözünə davam edib.
Onun sözlərinə görə, Türkiyə hakimiyyəti ölkəni enerji mərkəzinə çevirmək niyyətindədir, bunun üçün lazımi infrastruktur və fiziki imkanlar yaradılır.
"Biz addım-addım hədəfimizə – Türkiyəni regionun mərkəzinə, daha sonra isə dünyanın enerji mərkəzinə çevirməyə yaxınlaşırıq", - deyə Türkiyə lideri bildirib.
Ərdoğan qeyd edib ki, hökumətin London və Hamburqda biznes aparmaq üçün yaradılan mərkəzlərə bənzər təbii qaz mərkəzinin yaradılması planı var.
"Biz bu planı Rusiya ilə müzakirə edəcəyik. Ölkəmizi Frakiyadan kənarda belə bir mərkəzə çevirmək istəyirik. Biz təkcə təbii qaz deyil, enerji və mədən sənayesi üçün də belə bir mərkəz yaratmağı planlaşdırırıq. Biz geniş məqsədləri olan bir mərkəz yaratmaq istəyirik. İstəyirik ki, enerji, qaz və dağ- mədən işi ilə məşğul olmaq istəyən hər kəs bu mərkəzə gəlsin. Biz bu mərkəzi Ataşehirdə (İstanbul ətrafı) maliyyə mərkəzimizin bloklarından birində yarada bilərik" – deyə Türkiyə prezidenti vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.