https://sputnik.az/20230905/bmt-rusiyaya-erzaq-odenisi-mexanizmi-teklif-edir-gemi-sigortasi-barede-dusunur--erdogan-458340038.html
BMT Rusiyaya ərzaq ödənişi mexanizmi təklif edir, gəmi sığortası barədə düşünür – Ərdoğan
BMT Rusiyaya ərzaq ödənişi mexanizmi təklif edir, gəmi sığortası barədə düşünür – Ərdoğan
Sputnik Azərbaycan
Qərb Türkiyəyə taxıl müqaviləsində vasitəçilik etdiyinə görə təşəkkür edir, lakin SWIFT və Rusiya gəmilərinin sığortası məsələsində fərqli mövqe bildirir. 05.09.2023, Sputnik Azərbaycan
2023-09-05T17:47+0400
2023-09-05T17:47+0400
2023-09-05T17:47+0400
bmt
rusiya
rəcəb tayyip ərdoğan
putin
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457194873_0:160:3072:1888_1920x0_80_0_0_54d9771a4f4822e8cc9b67aa9cd89e51.jpg
BAKI, 5 sentyabr — Sputnik. BMT Rusiya ərzaqlarının ödənilməsi üçün SWIFT əsasında vasitəçilik mexanizmi təklif edib və Rusiya gəmilərinin sığortası məsələsi sahəsində Qərbin sanksiyaları səbəbindən yaranmış maneələrin aradan qaldırılması üzərində işləyir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə danışıqlar apardığı Soçidən qayıdarkən təyyarəsində bildirib. Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Soçidə keçirilən görüşdə taxıl sazişi ətrafında vəziyyəti və digər məsələləri müzakirə ediblər. Putin bildirib ki, bir neçə həftədən sonra Rusiya altı Afrika ölkəsinə pulsuz taxıl tədarük etməyə başlayacaq. Ərdoğan qeyd edib ki, Ankara Rusiya taxılının ehtiyacı olan ölkələrə sonrakı daşınması üçün emalına yardım etməyə hazırdır və Afrika ölkələrinə ərzaq çatdırılması üçün birgə addımların atılacağına ümid edir. Onun sözlərinə görə, Qərb Türkiyəyə taxıl müqaviləsində vasitəçilik etdiyinə görə təşəkkür edir, lakin SWIFT və Rusiya gəmilərinin sığortası məsələsində fərqli mövqe bildirir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457194873_171:0:2902:2048_1920x0_80_0_0_097b82fc432361f283fa7fb50fa84b12.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
bmt, rəcəb tayyip ərdoğan, putin
bmt, rəcəb tayyip ərdoğan, putin
BMT Rusiyaya ərzaq ödənişi mexanizmi təklif edir, gəmi sığortası barədə düşünür – Ərdoğan
Qərb Türkiyəyə taxıl müqaviləsində vasitəçilik etdiyinə görə təşəkkür edir, lakin SWIFT və Rusiya gəmilərinin sığortası məsələsində fərqli mövqe bildirir.
BAKI, 5 sentyabr — Sputnik. BMT Rusiya ərzaqlarının ödənilməsi üçün SWIFT əsasında vasitəçilik mexanizmi təklif edib və Rusiya gəmilərinin sığortası məsələsi sahəsində Qərbin sanksiyaları səbəbindən yaranmış maneələrin aradan qaldırılması üzərində işləyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə danışıqlar apardığı Soçidən qayıdarkən təyyarəsində bildirib.
Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Soçidə keçirilən görüşdə taxıl sazişi ətrafında vəziyyəti və digər məsələləri müzakirə ediblər. Putin bildirib ki, bir neçə həftədən sonra Rusiya altı Afrika ölkəsinə pulsuz taxıl tədarük etməyə başlayacaq. Ərdoğan qeyd edib ki, Ankara Rusiya taxılının ehtiyacı olan ölkələrə sonrakı daşınması üçün emalına yardım etməyə hazırdır və Afrika ölkələrinə ərzaq çatdırılması üçün birgə addımların atılacağına ümid edir.
"Sanksiyalara görə Britaniya sığorta şirkəti gəmiləri sığortalamır. Rusiya bankları SWIFT sistemindən kənarda qaldığı üçün pul köçürmələri həyata keçirilmir. Hazırda Türkiyənin daimi yardımı sayəsində Birləşmiş Millətlər Təşkilatı bu prosesə son qoyub. Bu yaxınlarda, avqustun 28-də BMT-nin Baş Katibi Antonio Quterreş ona göndərdiyi məktubda rusların istədiyi kimi birbaşa SWIFT olmayacaq vasitəçilik mexanizmini - SWIFT-in törəməsini təklif edib. Onlar da (BMT) sığorta (gəmilər) məsələsi üzərində işlədiklərini bildiriblər", - deyə Ərdoğan Soçidən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Qərb Türkiyəyə taxıl müqaviləsində vasitəçilik etdiyinə görə təşəkkür edir, lakin SWIFT və Rusiya gəmilərinin sığortası məsələsində fərqli mövqe bildirir.
"Qərbin istər SWIFT məsələsində, istərsə də sığorta məsələsində Rusiyaya tamamilə fərqli baxışı var. Məhz bu fərqliliyə görə Putin hazırda deyir: "Onlar mənim qarşımda olan öhdəliklərini yerinə yetirmirlər. Bir halda ki, öhdəliklərini yerinə yetirmirlərsə, o zaman onlarla bu məsələdə ortaq işə girməyəcəyəm". "Bundan başqa, taxılın 44 faizi Avropaya, 14 faizi isə Afrikaya gedir", - deyə Türkiyə lideri vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.