https://sputnik.az/20230905/azad-olunmus-erazilerin-minalardan-temizlenmesi-ucun-azerbaycana-destek-gosterilmelidir-458322132.html
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana dəstək göstərilməlidir
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana dəstək göstərilməlidir
Sputnik Azərbaycan
Fransanın Piyada əleyhinə minaların təmizlənməsi üzrə Milli Komissiyasının sədri Jerar Şenelin sözlərinə görə, işğaldan azad edilən ərazilərdə minaların sayı... 05.09.2023, Sputnik Azərbaycan
2023-09-05T12:01+0400
2023-09-05T12:01+0400
2023-09-05T12:01+0400
mina
qarabağ
fransa
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348210_0:0:3072:1728_1920x0_80_0_0_2c6fb20d98418818d67ecb405cf6c82b.jpg
BAKI, 5 sentyabr — Sputnik. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və bundan əziyyət çəkən insanların müalicəsi üçün Azərbaycana dəstək göstərilməlidir. Bu fikirləri Fransanın Piyada əleyhinə minaların təmizlənməsi üzrə Milli Komissiyasının sədri Jerar Şenel (Gerard Chesnel) "Report"a bildirib. Onun sözlərinə görə, Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərində minaların sayı həddindən artıq çoxdur: J.Şenel Azərbaycanda minalarla iş üzrə güclü mütəxəssislərin olduğunu bildirib: "Bu gün Azərbaycan özü bu əraziləri minalardan təmizləmək məcburiyyətindədir və bunun üçün intensiv işlər aparır. Azərbaycanda bu işin öhdəsindən gəlmək üçün kifayət qədər səriştəli mütəxəssislər var və onlar yüksək peşəkarlıq nümayiş etdirirlər". Komissiya sədri qeyd edib ki, bu məsələdə xarici ölkələr tərəfindən Azərbaycana kömək olunmalıdır. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/01/426348210_341:0:3072:2048_1920x0_80_0_0_333698d0b4e36fd9470b684c4ce232c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, fransa, işğaldan azad edilmiş ərazilər
mina, fransa, işğaldan azad edilmiş ərazilər
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana dəstək göstərilməlidir
Fransanın Piyada əleyhinə minaların təmizlənməsi üzrə Milli Komissiyasının sədri Jerar Şenelin sözlərinə görə, işğaldan azad edilən ərazilərdə minaların sayı həddindən artıq çoxdur.
BAKI, 5 sentyabr — Sputnik. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və bundan əziyyət çəkən insanların müalicəsi üçün Azərbaycana dəstək göstərilməlidir.
Bu fikirləri Fransanın Piyada əleyhinə minaların təmizlənməsi üzrə Milli Komissiyasının sədri Jerar Şenel (Gerard Chesnel) "Report"a bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərində minaların sayı həddindən artıq çoxdur:
"Minalar bir-birinə çox yaxın yerləşdirilib ki, bunu hərbi nöqteyi-nəzərdən izah etmək çətindir. Hər bir halda beynəlxalq hüquq qaydalarına əsasən, məğlub olmuş ölkə özü tərk etdiyi əraziləri minalardan təmizləməlidir. Lakin Ermənistan beynəlxalq hüquq qaydalarına riayət etməyib".
J.Şenel Azərbaycanda minalarla iş üzrə güclü mütəxəssislərin olduğunu bildirib:
"Bu gün Azərbaycan özü bu əraziləri minalardan təmizləmək məcburiyyətindədir və bunun üçün intensiv işlər aparır. Azərbaycanda bu işin öhdəsindən gəlmək üçün kifayət qədər səriştəli mütəxəssislər var və onlar yüksək peşəkarlıq nümayiş etdirirlər".
Komissiya sədri qeyd edib ki, bu məsələdə xarici ölkələr tərəfindən Azərbaycana kömək olunmalıdır.
"Təəssüflə bildirmək lazımdır ki, azad olunmuş ərazilərdə ermənilər tərəfindən basdırılmış minalar səbəbindən insanlar zərər çəkirlər. Günahsız mülki şəxslər minalara düşərək həlak, yaxud şikəst olurlar. Bu işdə Azərbaycana maddi yardım, habelə şikəst olmuş insanların müalicəsi üçün xüsusi lazımi təchizatlarla dəstək olunmalıdır. Bizim komissiya Azərbaycana yardım göstərəcək", - o vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.