Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Zəlzələlərdən sonra Türkiyəyə ilk yardım edənlərdən biri də Rusiya olub

© Photo : МЧС РФ / Mediabanka keçidTürkiyədə zəlzələdən sonra köməyə yollanan Rusiya xilasediciləri, arxiv şəkli
Türkiyədə zəlzələdən sonra köməyə yollanan Rusiya xilasediciləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.09.2023
Abunə olmaq
Rusiya, həmçinin, meşə yanğınları ilə mübarizədə yardım üçün Türkiyəyə iki təyyarə verib.
BAKI, 4 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarda Moskvanın dağıdıcı zəlzələlərdən sonra Ankaraya ilk yardım edənlərdən biri olduğunu xatırladıb.
Rusiya liderinin sözlərinə görə, bu, meşə yanğınları ilə mübarizədə yardıma da aiddir. Bu məqsədlər üçün Rusiya Türkiyəyə iki təyyarə verib. Ərdoğan bunun Ankaraya çox kömək etdiyini etiraf edib.
"Bu, həqiqətən bizə çox kömək etdi. Təyyarələr yanğınla mübarizədə çox faydalıdır", - deyə Türkiyə lideri əlavə bir neçə təyyarə göndərilməsini xahiş edib.
Bundan əvvəl Ərdoğan Putinlə söhbətində taxıl müqaviləsinin bərpa olunacağına ümid etdiyini bildirib.
Xəbər lenti
0