Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ Konqresində Ukraynanın Rusiya ilə münaqişədə məğlub olduğunu bildiriblər

© Sputnik / Владимир Федоренко / Mediabanka keçidABŞ Konqresinin binası, arxiv şəkli
ABŞ Konqresinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.09.2023
Abunə olmaq
Ukraynalı hərbçilərin həyatının ABŞ-ın hakim elitası üçün heç bir dəyəri yoxdur. Vaşinqton Ukrayna münaqişəsinin bitməsini istəmir.
BAKI, 4 sentyabr — Sputnik. Ukrayna hakimiyyəti xüsusi əməliyyat sahələrində Rusiyaya səmərəli müqavimət göstərə bilmir.
"TASS" agentliyi xəbər verib ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjori Teylor-Qrin bildirib.
O, qeyd edib ki, konqresmenlər bu həqiqəti gizlətməyə çalışır və məğlubiyyət barədə açıq danışmırlar.
Teylor-Qrin, "Ukrayna uduzur" deyə qeyd edib.
Onun sözlərinə görə, Ağ Evin sanksiya siyasəti BRİKS ölkələrini ticarət əlaqələrini gücləndirməyə təşviq edir. Bu cür addımlar assosiasiyanın "dolları batırmasına" səbəb ola bilər. Gələcəkdə BRİKS ölkələri tamamilə milli valyutalarla ticarətə keçəcəklər.
Bundan əvvəl amerikalı siyasi şərhçi Skott Horton etiraf etmişdi ki, ukraynalı hərbçilərin həyatının ABŞ-ın hakim elitası üçün heç bir dəyəri yoxdur. Vaşinqton Ukrayna münaqişəsinin bitməsini istəmir.
Xəbər lenti
0