QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məqsədimiz 40 ton unu Qarabağda olan erməni əsilli sakinlərə çatdırmaqdır - AzQAC rəhbəri

© Photo : REPORTAğdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə
Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə - Sputnik Azərbaycan, 1920, 02.09.2023
Abunə olmaq
Qurum rəhbəri bildirib ki, ərzaq yükün Xankəndində olan erməniəsilli sakinlərə çatdırılana qədər təşkilatın əməkdaşları işlərini davam etdirəcək.
BAKI, 2 sentyabr - Sputnik. “Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün gətirdiyimiz ərzaq yükünün Xankəndiyə çatdırılması üçün hələ də cavab gözləyirik”.
Bunu Report-a Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş katibi Ceyhun Mirzəyev hazırki vəziyyətlə bağlı məlumat verərkən deyib.
O bildirib ki, artıq 5-ci gündür ki, müvafiq işçi heyəti ilə burdadırlar:

“Hamı üçün məqsədimiz bəllidir. Məqsəd və məramımız ondan ibarətdir ki, iki yük maşınında olan ərzaq yükünü Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə çatdıraq. Hələ heç bir danışıqlar yoxdur. Hər hansı bir yeni məlumat olan kimi dərhal mənimlə əlaqə saxlıyacaqlar. Hazırda da cavab gözləyirik. Gətirdiyimiz ərzaq yükün Xankəndində olan erməniəsilli sakinlərə çatdırılana kimi, biz burda qalacağıq işimizi davam etdirəcəyik”.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0