https://sputnik.az/20230901/taxil-sazisinin-taleyi-rusiya-ve-turkiyenin-elindedir-458197764.html
"Taxıl sazişi"nin taleyi Rusiya və Türkiyənin əlindədir
"Taxıl sazişi"nin taleyi Rusiya və Türkiyənin əlindədir
Sputnik Azərbaycan
Peskov Vladimir Putinin "Rusiya şərtlər yerinə yetirilən kimi taxıl sazişini dərhal bərpa etməyə hazırdır" sözlərini xatırladıb. 01.09.2023, Sputnik Azərbaycan
2023-09-01T00:21+0400
2023-09-01T00:21+0400
2023-09-01T00:21+0400
taxıl
rusiya
taxıl sazişi
ukrayna
peskov
dmitri peskov
hakan fidan
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_0:160:3073:1889_1920x0_80_0_0_bcbfd24835174d4bd9e7017ec842469d.jpg
BAKI, 1 sentyabr — Sputnik. Taxıl sazişi üzrə müzakirənin konkret nəticəsi yoxdur, Moskva Rusiya Federasiyası ilə bağlı şərtlər yerinə yetirildikdən sonra onu dərhal bərpa etməyə hazırdır. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Hələlik bu barədə müzakirələrin konkret nəticəsi yoxdur. Amma bu gün bu mövzunun müzakirələri gedir. Müzakirəlrəin nə dərəcədə effektiv olduğunu söyləmək çətindir. Taxılın məsuliyyətli tədarükçüsü olan Rusiya belə müzakirələrdə iştirak edir", - Peskov jurnalistlərə bildirib. O, Rusiya prezidenti Vladimir Putinin "Rusiya şərtlər yerinə yetirilən kimi taxıl sazişini dərhal bərpa etməyə hazırdır" sözlərini də xatırladıb. Rusiya Xarici İşlər Nazirliyi avqustun 30-u bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri zamanı iyulun 18-də Ukrayna limanlarından taxıl ixracına dair Qara dəniz təşəbbüsünün dayandırılmasından sonrakı vəziyyət müzakirə olunacaq. Moskva Türkiyə tərəfinə Rusiya Müdafiə Nazirliyinin iyulun 19-da verdiyi bəyanatda əksini tapan Rusiyanın mövqeyini çatdıracaq, buna əsasən, müqavilə başa çatdıqdan sonra Ukraynaya gedən bütün gəmilər hərbi yüklərin potensial daşıyıcıları hesab olunur. Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_171:0:2902:2048_1920x0_80_0_0_2455d8b6766f2cde6293fd8461e9ce40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl, taxıl sazişi, ukrayna, peskov, dmitri peskov, hakan fidan, türkiyə
taxıl, taxıl sazişi, ukrayna, peskov, dmitri peskov, hakan fidan, türkiyə
"Taxıl sazişi"nin taleyi Rusiya və Türkiyənin əlindədir
Peskov Vladimir Putinin "Rusiya şərtlər yerinə yetirilən kimi taxıl sazişini dərhal bərpa etməyə hazırdır" sözlərini xatırladıb.
BAKI, 1 sentyabr — Sputnik. Taxıl sazişi üzrə müzakirənin konkret nəticəsi yoxdur, Moskva Rusiya Federasiyası ilə bağlı şərtlər yerinə yetirildikdən sonra onu dərhal bərpa etməyə hazırdır. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hələlik bu barədə müzakirələrin konkret nəticəsi yoxdur. Amma bu gün bu mövzunun müzakirələri gedir. Müzakirəlrəin nə dərəcədə effektiv olduğunu söyləmək çətindir. Taxılın məsuliyyətli tədarükçüsü olan Rusiya belə müzakirələrdə iştirak edir", - Peskov jurnalistlərə bildirib.
O, Rusiya prezidenti Vladimir Putinin "Rusiya şərtlər yerinə yetirilən kimi taxıl sazişini dərhal bərpa etməyə hazırdır" sözlərini də xatırladıb.
Rusiya Xarici İşlər Nazirliyi avqustun 30-u bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri zamanı iyulun 18-də Ukrayna limanlarından taxıl ixracına dair Qara dəniz təşəbbüsünün dayandırılmasından sonrakı vəziyyət müzakirə olunacaq. Moskva Türkiyə tərəfinə Rusiya Müdafiə Nazirliyinin iyulun 19-da verdiyi bəyanatda əksini tapan Rusiyanın mövqeyini çatdıracaq, buna əsasən, müqavilə başa çatdıqdan sonra Ukraynaya gedən bütün gəmilər hərbi yüklərin potensial daşıyıcıları hesab olunur.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.