https://sputnik.az/20230901/lavrov-demesq-ve-ankara-munasibetlerinin-normallasdirilmasindan-danisdi-458231850.html
Lavrov Dəməşq və Ankara münasibətlərinin normallaşdırılmasından danışdı
Lavrov Dəməşq və Ankara münasibətlərinin normallaşdırılmasından danışdı
Sputnik Azərbaycan
Lavrov xatırladıb ki, Dəməşq və Ankara arasında münasibətlərin normallaşması prosesi ötən il Müdafiə Nazirliyi ilə xüsusi xidmət orqanları arasında zirvə... 01.09.2023, Sputnik Azərbaycan
2023-09-01T23:54+0400
2023-09-01T23:54+0400
2023-09-01T23:54+0400
lavrov
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
dəməşq
ankara
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455655607_0:0:3071:1728_1920x0_80_0_0_e4eb104b9e37dc15cbcf6f89896cc078.jpg
BAKI, 1 sentyabr — Sputnik. Rusiya, Türkiyə və Suriya, eləcə də "Üçlük"ə qoşulan İran Dəməşq və Ankara arasında münasibətlərin normallaşması üçün yol xəritəsinin həyata keçirilməsi layihəsi üzrə təmasları davam etdirir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitunun tələbələri və professor-müəllim heyəti ilə görüşündə deyib. Lavrov xatırladıb ki, Dəməşq və Ankara arasında münasibətlərin normallaşması prosesi ötən il Müdafiə Nazirliyi ilə xüsusi xidmət orqanları arasında zirvə görüşünə hazırlıq məqsədi ilə təmaslarla başlayıb: "Astana formatında iştirak edən iranlılar da münasibətlərin normallaşması üçün şərait yaratmaqla məşğul olan formata qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Nəticədə, hazırlıqlardan sonra aprel ayında dörd ölkənin xarici işlər nazirlərinin görüşü keçirilib. Biz Suriya ilə Türkiyə arasında normallaşma üçün yol xəritəsinin hazırlanmasında maraqlı olduğumuzu ifadə edən bəyanat qəbul etdik. Yol xəritəsi layihəsini iyun ayında bütün həmkarlarımıza təhvil verdik".
dəməşq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455655607_340:0:3071:2048_1920x0_80_0_0_229334065200becfa4bc4d972f4c776d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, dəməşq, ankara
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, dəməşq, ankara
Lavrov Dəməşq və Ankara münasibətlərinin normallaşdırılmasından danışdı
Lavrov xatırladıb ki, Dəməşq və Ankara arasında münasibətlərin normallaşması prosesi ötən il Müdafiə Nazirliyi ilə xüsusi xidmət orqanları arasında zirvə görüşünə hazırlıq məqsədi ilə təmaslarla başlayıb.
BAKI, 1 sentyabr — Sputnik. Rusiya, Türkiyə və Suriya, eləcə də "Üçlük"ə qoşulan İran Dəməşq və Ankara arasında münasibətlərin normallaşması üçün yol xəritəsinin həyata keçirilməsi layihəsi üzrə təmasları davam etdirir.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitunun tələbələri və professor-müəllim heyəti ilə görüşündə deyib.
Lavrov xatırladıb ki, Dəməşq və Ankara arasında münasibətlərin normallaşması prosesi ötən il Müdafiə Nazirliyi ilə xüsusi xidmət orqanları arasında zirvə görüşünə hazırlıq məqsədi ilə təmaslarla başlayıb: "Astana formatında iştirak edən iranlılar da münasibətlərin normallaşması üçün şərait yaratmaqla məşğul olan formata qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Nəticədə, hazırlıqlardan sonra aprel ayında dörd ölkənin xarici işlər nazirlərinin görüşü keçirilib. Biz Suriya ilə Türkiyə arasında normallaşma üçün yol xəritəsinin hazırlanmasında maraqlı olduğumuzu ifadə edən bəyanat qəbul etdik. Yol xəritəsi layihəsini iyun ayında bütün həmkarlarımıza təhvil verdik".