https://sputnik.az/20230901/ki-rayonun-icra-bascisina-xeberdarliq-edildi-458234337.html
İki rayonun icra başçısına xəbərdarlıq edildi
İki rayonun icra başçısına xəbərdarlıq edildi
Sputnik Azərbaycan
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib 01.09.2023, Sputnik Azərbaycan
2023-09-01T16:17+0400
2023-09-01T16:17+0400
2023-09-01T16:27+0400
icra
paytaxt xəbərləri
bakı şəhər icra hakimiyyəti
https://cdnn1.img.sputnik.az/img/07e5/04/12/426732477_0:63:1201:738_1920x0_80_0_0_5846ec503be0265317cd61727de40af3.jpg
BAKI, 1 sentyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərin təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Bakıətrafı qəsəbələrində sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakı obyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb. Şəhərin mərkəz ərazilərinin təmizliyini qeyd edən Eldar Əzizov Bakıətrafı qəsəbələrdə təmizliklə bağlı bir sıra problemlərin mövcudluğunu və qarşıda duran başlıca məqsədin qəsəbələrdə bu məsələlərinin şəhərin mərkəz hissəsi səviyyəsinə çatdırılması olduğunu bildirib. BŞİH tərəfindən qəsəbələrdə aparılan monitorinqlərinin hesabatı dinlənilib və hazırlanan video-film nümayiş edirililib. Ciddi tələbkarlıq və prinsipiallıq şəraitində keçən müşavirədə müzakirələr zamanı bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH-nin rəhbərlərinə ciddi iradlar tutulub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb. Müzakirələrin nəticəsi olaraq Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edildi. Qaradağ RİHB-nın Müşviqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramovun, Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundovun, Binəqədi RİHB M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi Zaur Qafarovun, Xəzər RİHB Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi Mirzərauf Axundovun tutduqları vəzifəyə uyğunluğu məsələsinə baxılması həmin rayonların RİH başçılarına tapşırıldı. Həmçinin əraziyə nəzarətin artırılması, təmizlik məsələlərinin ciddi nəzarətdə saxlanıması və nöqsanların aradan qaldırılması üçün 1 ay müddətində vaxt verildi. Eyni zamanda sabah paytaxtda daxili iməcliyin keçirilməsi qərara alındı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/12/426732477_66:0:1133:800_1920x0_80_0_0_f49ecf0a8d32321d0a41c9df58bd63fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
icra, bakı şəhər icra hakimiyyəti
icra, bakı şəhər icra hakimiyyəti
İki rayonun icra başçısına xəbərdarlıq edildi
16:17 01.09.2023 (Yenilənib: 16:27 01.09.2023) Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
BAKI, 1 sentyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərin təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Bakıətrafı qəsəbələrində sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakı obyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb. Şəhərin mərkəz ərazilərinin təmizliyini qeyd edən Eldar Əzizov Bakıətrafı qəsəbələrdə təmizliklə bağlı bir sıra problemlərin mövcudluğunu və qarşıda duran başlıca məqsədin qəsəbələrdə bu məsələlərinin şəhərin mərkəz hissəsi səviyyəsinə çatdırılması olduğunu bildirib.
BŞİH tərəfindən qəsəbələrdə aparılan monitorinqlərinin hesabatı dinlənilib və hazırlanan video-film nümayiş edirililib.
Ciddi tələbkarlıq və prinsipiallıq şəraitində keçən müşavirədə müzakirələr zamanı bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH-nin rəhbərlərinə ciddi iradlar tutulub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb. Müzakirələrin nəticəsi olaraq Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edildi.
Qaradağ RİHB-nın Müşviqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramovun, Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundovun, Binəqədi RİHB M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi Zaur Qafarovun, Xəzər RİHB Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi Mirzərauf Axundovun tutduqları vəzifəyə uyğunluğu məsələsinə baxılması həmin rayonların RİH başçılarına tapşırıldı. Həmçinin əraziyə nəzarətin artırılması, təmizlik məsələlərinin ciddi nəzarətdə saxlanıması və nöqsanların aradan qaldırılması üçün 1 ay müddətində vaxt verildi.
Eyni zamanda sabah paytaxtda daxili iməcliyin keçirilməsi qərara alındı.