https://sputnik.az/20230901/antonov-abs-administrasiyasini-vakxanaliyaya-son-qoymaga-cagirdi-458198488.html
Antonov ABŞ administrasiyasını "vakxanaliya"ya son qoymağa çağırdı
Antonov ABŞ administrasiyasını "vakxanaliya"ya son qoymağa çağırdı
Sputnik Azərbaycan
ABŞ hakimiyyəti reyder üslubunda hərəkət edərək suveren Rusiyanın mülkiyyətinə girişi əngəlləyib, diplomatik toxunulmazlığı götürüb. 01.09.2023, Sputnik Azərbaycan
2023-09-01T00:50+0400
2023-09-01T00:50+0400
2023-09-01T00:50+0400
anatoli antonov
rusiya
abş
abş dövlət katibi
https://cdnn1.img.sputnik.az/img/41153/37/411533728_0:0:2785:1566_1920x0_80_0_0_e6e56f84eb6c68b12be163d998d782ba.jpg
BAKI, 1 sentyabr — Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ administrasiyasının hələ də altı il əvvəl ələ keçirilən Rusiya diplomatik əmlakının vəziyyətinin müəyyənləşdirilməsinə icazə vermədiyini bildirib. Səfir "vakxanaliya"ya son qoymağa və oğurlanmış bütün əmlakı geri qaytarmağa çağırıb. "Son 6 il ərzində Dövlət Departamentinə Rusiyanın daşınmaz əmlakının texniki vəziyyətini müəyyən etmək üçün girişlə bağlı yüzlərlə nota müraciəti göndərilib. Onların hamısına rədd cavabı verilib", - Antonovun bəyanatında bildirilib. Səfir xatırladıb ki, Rusiyanın ABŞ-dakı diplomatik və konsulluq nümayəndəliklərinin fəaliyyətini məhdudlaşdırmaq və faktiki olaraq ikitərəfli əlaqələri daha da məhdudlaşdırmaq üçün misli görünməmiş tədbirlərin yeni mərhələsi Vaşinqton tərəfindən düz 6 il əvvəl həyata keçirilib. O bildirib ki, həmin dövrdə diplomatlardan San Fransiskodakı Baş Konsulluğu bağlamaq və Vaşinqtondakı ticarət nümayəndəliyinin fəaliyyətini dayandırmaq tələb olunub. "ABŞ hakimiyyəti reyder üslubunda hərəkət edərək suveren Rusiyanın mülkiyyətinə girişi əngəlləyib, diplomatik toxunulmazlığı götürüb. Eyni şey əvvəllər Merilend və Nyu-York ştatlarında, daha sonra isə Vaşinqton ştatındakı daşınmaz əmlakımıza münasibətdə edildi" - Antonov bildirib. O vurğulayıb ki, bu hərəkətlər Rusiyanın ABŞ seçkilərinə iddia edilən müdaxiləsi bəhanəsi ilə baş versə də, bu iddialar təkzib edilərkən və iddiaların yalan olduğu müəyyən edildikdən sonra ləv edilməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41153/37/411533728_0:0:2731:2048_1920x0_80_0_0_567e3d043c6b1c0c10c8992ec6c5775d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
anatoli antonov, abş, abş dövlət katibi
anatoli antonov, abş, abş dövlət katibi
Antonov ABŞ administrasiyasını "vakxanaliya"ya son qoymağa çağırdı
ABŞ hakimiyyəti reyder üslubunda hərəkət edərək suveren Rusiyanın mülkiyyətinə girişi əngəlləyib, diplomatik toxunulmazlığı götürüb.
BAKI, 1 sentyabr — Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ administrasiyasının hələ də altı il əvvəl ələ keçirilən Rusiya diplomatik əmlakının vəziyyətinin müəyyənləşdirilməsinə icazə vermədiyini bildirib.
Səfir "vakxanaliya"ya son qoymağa və oğurlanmış bütün əmlakı geri qaytarmağa çağırıb.
"Son 6 il ərzində Dövlət Departamentinə Rusiyanın daşınmaz əmlakının texniki vəziyyətini müəyyən etmək üçün girişlə bağlı yüzlərlə nota müraciəti göndərilib. Onların hamısına rədd cavabı verilib", - Antonovun bəyanatında bildirilib.
Səfir xatırladıb ki, Rusiyanın ABŞ-dakı diplomatik və konsulluq nümayəndəliklərinin fəaliyyətini məhdudlaşdırmaq və faktiki olaraq ikitərəfli əlaqələri daha da məhdudlaşdırmaq üçün misli görünməmiş tədbirlərin yeni mərhələsi Vaşinqton tərəfindən düz 6 il əvvəl həyata keçirilib. O bildirib ki, həmin dövrdə diplomatlardan San Fransiskodakı Baş Konsulluğu bağlamaq və Vaşinqtondakı ticarət nümayəndəliyinin fəaliyyətini dayandırmaq tələb olunub.
"ABŞ hakimiyyəti reyder üslubunda hərəkət edərək suveren Rusiyanın mülkiyyətinə girişi əngəlləyib, diplomatik toxunulmazlığı götürüb. Eyni şey əvvəllər Merilend və Nyu-York ştatlarında, daha sonra isə Vaşinqton ştatındakı daşınmaz əmlakımıza münasibətdə edildi" - Antonov bildirib.
O vurğulayıb ki, bu hərəkətlər Rusiyanın ABŞ seçkilərinə iddia edilən müdaxiləsi bəhanəsi ilə baş versə də, bu iddialar təkzib edilərkən və iddiaların yalan olduğu müəyyən edildikdən sonra ləv edilməyib.