Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Xüsusi hərbi əməliyyat NATO-nun Rusiyaya qarşı təcavüzünə həlledici cavabdır - Narışkin

© AP Photo / LIBKOSXHƏ
XHƏ  - Sputnik Azərbaycan, 1920, 30.08.2023
Abunə olmaq
NATO-nun Yuqoslaviyaya qarşı təcavüzünün təşkilatçıları etdikləri əməllərdən heç bir mənəvi dərs almadılar.
BAKI, 30 avqust — Sputnik. Ukraynada keçirilən Xüsusi Hərbi Əməliyyat (XHƏ) NATO-nun Rusiyaya qarşı təcavüzünə həlledici cavabdır. Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin RTC Evində NATO-nun Yuqoslaviyaya təcavüzünə həsr olunmuş sərginin açılışında deyib.

"Ukraynada keçirilən xüsusi hərbi əməliyyat NATO-nun ölkəmizə qarşı təcavüzünə həlledici cavabdır. NATO-nun Yuqoslaviyaya qarşı təcavüzünün təşkilatçıları etdikləri əməllərdən heç bir mənəvi dərs almadılar", - deyə Narışkin bildirib.

Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0