Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalılar nə barədə xəyal edirlər - SORĞU

© Sputnik / Виталий Безруких / Mediabanka keçidMoskva küçələrində insanlar, arxiv
Moskva küçələrində insanlar, arxiv - Sputnik Azərbaycan, 1920, 30.08.2023
Abunə olmaq
Respondentlərin əksəriyyəti arzunun həyata keçirilə bilən, planlı olmasının daha yaxşı olduğunu bildirib.
BAKI, 30 avqust — Sputnik. Rusiya sakinləri sağlamlıq, dünya sülhü və daha yaxşı həyat şəraiti arzulayırlar. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) sorğusunun nəticələrindən belə çıxır.
Bununla yanaşı, respondentlərin bəziləri hesab edir ki, insanın arzusu həyata keçirilməz olmalıdır - bu, böyük məqsədlərə, özünü inkişaf etdirməyə sövq edir. Digərləri hesab edir ki, bu, konkret icra planı və müddət qrafiki ilə olmalıdır. Başqalarının fikrincə, insanın heç bir arzusunun olmaması daha yaxşıdır, bu, onun artıq sahib olduğu həyatdan həzz almasına mane olur.
Respondentlərin əksəriyyəti (75%) arzunun plan və müddətlərlə həyata keçirilməli olduğunu, 11%-i həyata keçirilə bilməyəcəyinə inandığını, 10%-i isə heç bir arzusunun olmamasının daha yaxşı olduğunu bildirib. 4%-i cavab verməkdə çətinlik çəkib.
Respondentlərin 10%-i sağlamlıq, 10%-i bütün dünyada sülhü, rusiyalıların 7%-i ailə üçün mənzil, yaşayış şəraitinin yaxşılaşdırılmasını, 6%-i XHƏ-nin bitməsi və Rusiyanın qələbəsini, oğulların və nəvələrin qayıtmasını - 6%, ailənin rifahı barədə - 5%, Rusiyada firavanlıq və sabitlik haqqında - 5% arzulayır.
Rusiyalılar, həmçinin,səyahət (4%), maddi rifah (3%), xoşbəxtlik (3%), uğur və özünü həyatda təsdiq etmək (3%), uşaq və nəvələrin uğuru və firavanlığını (2%), uzunömürlülük (2%), sevgi və ailə (2%) arzulayırlar. Bundan əlavə, avtomobil (1%), köçmək (1%), ipoteka və ya krediti bağlamaq (1%) arzusunda olan respondentlər də var.
Respondentlərin 9%-nin arzusu var, amma onu dilə gətirmək istəmirlər, 11%-nin arzusu yoxdur.
Hər ikinci respondent (51%) hesab edir ki, arzularının reallaşması ilk növbədə onlardan və onların səylərindən, 38% - hadisələrin gedişatından və digər insanlardan asılıdır, 11% - cavab verməkdə çətinlik çəkib.
Rusiyalıların yarıdan çoxu arzularını həyata keçirmək üçün səy göstərdiklərini qeyd ediblər: qəti şəkildə - 31%, haradasa, səy göstərirlər - 41%. Respondentlərin 16%-i, demək olar ki, heç nə etmir, 6%-i isə sözün həqiqi mənasında heç nə etmir.
Qeyd edək ki, “ÜİRÖM-Sputnik” tərəfindən 2023-cü il avqustun 19-da ümumrusiya telefon sorğusu keçirilib. Sorğuda 18 yaşdan yuxarı 1600 nəfər iştirak edib.
Sorğu metodu, Rusiya Federasiyasının ərazisində istifadə olunan mobil telefon nömrələrinin tam siyahısından çıxarılan stratifikasiya edilmiş təsadüfi seçmə əsasında telefonla müsahibədir.
Məlumatlar sosial-demoqrafik parametrlərlə ölçülür. 95% ehtimalı ilə marjinal səhv 2,5% -dən çox deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0