https://sputnik.az/20230830/rusiya-mn-ukraynanin-son-sutkadaki-itkilerini-aciqladi-458175473.html
Rusiya MN Ukraynanın son sutkadakı itkilərini açıqladı
Rusiya MN Ukraynanın son sutkadakı itkilərini açıqladı
Sputnik Azərbaycan
"Cənub" qüvvələr qrupunun bölmələri aviasiya və artilleriya atəşinin dəstəyi ilə Donetsk istiqamətində "DXR"in Beloqorovka, Zaitsevo və Krasnoqorovka yaşayış... 30.08.2023, Sputnik Azərbaycan
2023-08-30T19:00+0400
2023-08-30T19:00+0400
2023-08-30T19:00+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
xerson
https://cdnn1.img.sputnik.az/img/07e6/06/05/442554145_0:0:3059:1722_1920x0_80_0_0_9e0def5abf8853106c97febb4f107793.jpg
BAKI, 30 avqust — Sputnik. Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) nəzarət və kəşfiyyat məntəqələrinə yüksək dəqiqlikli silahlarla hücum edib, zərbələr məqsədlərinə nail olunub. Bunu jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən bildiriblər. "Avqustun 30-na keçən gecə Rusiya Federasiyası Silahlı Qüvvələri düşmənin komanda-kəşfiyyat məntəqələrinə uzaqmənzilli hava və dənizdən yüksək dəqiqlikli silahlarla qrup şəklində zərbə endirib", - deyə nazirliyin məlumatında qeyd olunur."Bütün təyin edilmiş obyektlər vurulub", - Rusiya Müdafiə Nazirliyi vurğulayıb. Donetsk istiqaməti "Cənub" qüvvələr qrupunun bölmələri aviasiya və artilleriya atəşinin dəstəyi ilə Donetsk istiqamətində "DXR"in Beloqorovka, Zaitsevo və Krasnoqorovka yaşayış məntəqələri ərazilərində düşmənin beş hücumunu dəf edib. "Düşmən itkiləri 380 ukraynalı hərbçi olunb. Bunadan başqa 4 zirehli döyüş maşını, 7 texnika, 2 ədəd D-20 haubitsası, 1 ədəd Msta-B silahı və 1 ədəd "Rapira" tank əleyhinə silahı məhv edilib. Bundan əlavə, "DXR"in Preçistovka qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 35-ci Dəniz Briqadasının sursat və yanacaq anbarları vurulub. Zaporojye istiqaməti Zaporojye istiqamətində Rusiya ordusu aviasiya, artilleriya və ağır alov atəş sistemlərinin dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin 46-cı hava desant və 82-ci desant-hücum briqadalarının bölmələrinin Rabotino və Zaporojye vilayətinin Verbovo yaşayış məntəqələri ərazilərində doqquz hücumunu dəf edib. "Gün ərzində 85-ə qədər Ukrayna hərbçisi, bir tank, üç zirehli döyüş maşını, iki pikap, üç M777 artilleriya sistemi və ABŞ istehsalı olan üç M119 haubitsası, "Qvozdika" və "Boqdan" özüyeriyən artilleriya qurğuları, həmçinin Böyük Britaniya istehsalı olan AS-90 məhv edilib", - Rusiya Müdafiə Nazirliyi bildirib. Cənubi Donetsk istiqaməti Cənub-Donetsk istiqamətində "Şərq" qoşun qruplaşmasının bölmələri Zaporojye vilayətinin Novodarovka bölgəsində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və texnikasının toplanış yerlərinə hərtərəfli atəş zərbəsi endirib. "Bu istiqamətdə düşmənin itkiləri 120 Ukrayna hərbçisi, iki zirehli döyüş maşını, dörd texnika, həmçinin D-20 və D-30 haubitsaları olub", - Müdafiə Nazirliyinin hesabatında deyilir. Krasnoliman istiqaməti Krasnoliman istiqamətində, "Mərkəz" qoşun qruplaşmasının bölmələri aviasiya və artilleriya ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin 42-ci mexanikləşdirilmiş briqadasının hücum qrupunun Serebryansk meşə təsərrüfatı ərazisindəki hücumunu dəf edib. "Bir sutka ərzində 60-a qədər ukraynalı hərbçi, iki zirehli döyüş maşını və iki texnika məhv edilib", - Müdafiə Nazirliyi bildirib. Kupyansk istiqaməti RF Silahlı Qüvvələrinin "Qərb" qruplaşması Ukrayna Silahlı Qüvvələrinin 43, 115-ci mexanikləşdirilmiş və 68-ci Yaeger briqadalarının Kupyansk istiqamətində Xarkov vilayətinin Sinxovka, "LXR"in Sergeyevka və Novoeqorovka yaşayış məntəqələri ərazilərində bir sutka ərzində üç hücumunu dəf edib. "Düşmən itkiləri 100-ə qədər ukraynalı hərbçi, üç zirehli döyüş maşını, üç texnika, ABŞ istehsalı iki M109 silahı, bir D-30 haubitssıa, "Qvozdika" özüyeriyən artilleriya qurğusu və Polşa istehsalı olan "Krab" olub", - nazirlik bildirib. Xerson istiqaməti Rusiya bölmələri son 24 saat ərzində Xerson istiqamətində 15-ə qədər ukraynalı hərbçini, iki texnikanı və bir D-30 haubitsasını məhv edib. Ukrayna Silahlı Qüvvələrinin qərargahı və rabitə mərkəzi dağıdılıb Rusiya hərbçiləri Ukraynanın "Donetsk" operativ-taktiki qrupunun qərargahını, həmçinin Ukrayna Silahlı Qüvvələrinin 24-cü mexanikləşdirilmiş briqadasının rabitə mərkəzini məhv ediblər. Hava hücumundan müdafiə işi Ötən gün Rusiyanın hava hücumundan müdafiə sistemləri HIMARS reaktiv yaylım atəşinin qarşısını alıb, həmçinin "LXR"in Şipilovka, Sporno, Zeleni Qay, Verxnetoretsko, Vodyano, Zaporojye vilayətinin Oçeretovato, Pyatixatki, Tarasovka vyaşayış məntəqələrində və Berdyansk şəhərində 28 Ukrayna PUA-nı məhv edib. Əməliyyat başlayandan bu günə qədərÜmumilikdə 466 Ukrayna hərbi təyyarəsi, 247 helikopter, 6234 pilotsuz uçuş aparatı, 433 zenit-raket kompleksi, 11570 tank və digər zirehli döyüş texnikası, 1146 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 6128 ədəd artilleriya, o cümlədən 12 528 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/05/442554145_132:0:2863:2048_1920x0_80_0_0_ad39bb39bb6b994cd1d019cb0ee4355a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, xüsusi hərbi əməliyyat, xerson
rusiya, xüsusi hərbi əməliyyat, xerson
Rusiya MN Ukraynanın son sutkadakı itkilərini açıqladı
"Cənub" qüvvələr qrupunun bölmələri aviasiya və artilleriya atəşinin dəstəyi ilə Donetsk istiqamətində "DXR"in Beloqorovka, Zaitsevo və Krasnoqorovka yaşayış məntəqələri ərazilərində düşmənin beş hücumunu dəf edib.
BAKI, 30 avqust — Sputnik. Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) nəzarət və kəşfiyyat məntəqələrinə yüksək dəqiqlikli silahlarla hücum edib, zərbələr məqsədlərinə nail olunub. Bunu jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
"Avqustun 30-na keçən gecə Rusiya Federasiyası Silahlı Qüvvələri düşmənin komanda-kəşfiyyat məntəqələrinə uzaqmənzilli hava və dənizdən yüksək dəqiqlikli silahlarla qrup şəklində zərbə endirib", - deyə nazirliyin məlumatında qeyd olunur.
"Bütün təyin edilmiş obyektlər vurulub", - Rusiya Müdafiə Nazirliyi vurğulayıb.
"Cənub" qüvvələr qrupunun bölmələri aviasiya və artilleriya atəşinin dəstəyi ilə Donetsk istiqamətində "DXR"in Beloqorovka, Zaitsevo və Krasnoqorovka yaşayış məntəqələri ərazilərində düşmənin beş hücumunu dəf edib.
"Düşmən itkiləri 380 ukraynalı hərbçi olunb. Bunadan başqa 4 zirehli döyüş maşını, 7 texnika, 2 ədəd D-20 haubitsası, 1 ədəd Msta-B silahı və 1 ədəd "Rapira" tank əleyhinə silahı məhv edilib.
Bundan əlavə, "DXR"in Preçistovka qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 35-ci Dəniz Briqadasının sursat və yanacaq anbarları vurulub.
Zaporojye istiqamətində Rusiya ordusu aviasiya, artilleriya və ağır alov atəş sistemlərinin dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin 46-cı hava desant və 82-ci desant-hücum briqadalarının bölmələrinin Rabotino və Zaporojye vilayətinin Verbovo yaşayış məntəqələri ərazilərində doqquz hücumunu dəf edib.
"Gün ərzində 85-ə qədər Ukrayna hərbçisi, bir tank, üç zirehli döyüş maşını, iki pikap, üç M777 artilleriya sistemi və ABŞ istehsalı olan üç M119 haubitsası, "Qvozdika" və "Boqdan" özüyeriyən artilleriya qurğuları, həmçinin Böyük Britaniya istehsalı olan AS-90 məhv edilib", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Cənubi Donetsk istiqaməti
Cənub-Donetsk istiqamətində "Şərq" qoşun qruplaşmasının bölmələri Zaporojye vilayətinin Novodarovka bölgəsində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və texnikasının toplanış yerlərinə hərtərəfli atəş zərbəsi endirib.
"Bu istiqamətdə düşmənin itkiləri 120 Ukrayna hərbçisi, iki zirehli döyüş maşını, dörd texnika, həmçinin D-20 və D-30 haubitsaları olub", - Müdafiə Nazirliyinin hesabatında deyilir.
Krasnoliman istiqamətində, "Mərkəz" qoşun qruplaşmasının bölmələri aviasiya və artilleriya ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin 42-ci mexanikləşdirilmiş briqadasının hücum qrupunun Serebryansk meşə təsərrüfatı ərazisindəki hücumunu dəf edib.
"Bir sutka ərzində 60-a qədər ukraynalı hərbçi, iki zirehli döyüş maşını və iki texnika məhv edilib", - Müdafiə Nazirliyi bildirib.
RF Silahlı Qüvvələrinin "Qərb" qruplaşması Ukrayna Silahlı Qüvvələrinin 43, 115-ci mexanikləşdirilmiş və 68-ci Yaeger briqadalarının Kupyansk istiqamətində Xarkov vilayətinin Sinxovka, "LXR"in Sergeyevka və Novoeqorovka yaşayış məntəqələri ərazilərində bir sutka ərzində üç hücumunu dəf edib.
"Düşmən itkiləri 100-ə qədər ukraynalı hərbçi, üç zirehli döyüş maşını, üç texnika, ABŞ istehsalı iki M109 silahı, bir D-30 haubitssıa, "Qvozdika" özüyeriyən artilleriya qurğusu və Polşa istehsalı olan "Krab" olub", - nazirlik bildirib.
Rusiya bölmələri son 24 saat ərzində Xerson istiqamətində 15-ə qədər ukraynalı hərbçini, iki texnikanı və bir D-30 haubitsasını məhv edib.
Ukrayna Silahlı Qüvvələrinin qərargahı və rabitə mərkəzi dağıdılıb
Rusiya hərbçiləri Ukraynanın "Donetsk" operativ-taktiki qrupunun qərargahını, həmçinin Ukrayna Silahlı Qüvvələrinin 24-cü mexanikləşdirilmiş briqadasının rabitə mərkəzini məhv ediblər.
Hava hücumundan müdafiə işi
Ötən gün Rusiyanın hava hücumundan müdafiə sistemləri HIMARS reaktiv yaylım atəşinin qarşısını alıb, həmçinin "LXR"in Şipilovka, Sporno, Zeleni Qay, Verxnetoretsko, Vodyano, Zaporojye vilayətinin Oçeretovato, Pyatixatki, Tarasovka vyaşayış məntəqələrində və Berdyansk şəhərində 28 Ukrayna PUA-nı məhv edib.
Əməliyyat başlayandan bu günə qədər
Ümumilikdə 466 Ukrayna hərbi təyyarəsi, 247 helikopter, 6234 pilotsuz uçuş aparatı, 433 zenit-raket kompleksi, 11570 tank və digər zirehli döyüş texnikası, 1146 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 6128 ədəd artilleriya, o cümlədən 12 528 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.