https://sputnik.az/20230830/neftciler-prospektinde-yol-xetlerinin-cekilisi-isleri-heyata-kecirilir-458157164.html
Neftçilər prospektində yol xətlərinin çəkilişi işləri həyata keçirilir
Neftçilər prospektində yol xətlərinin çəkilişi işləri həyata keçirilir
Sputnik Azərbaycan
Sürücülərdən həmin yollarda hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 30.08.2023, Sputnik Azərbaycan
2023-08-30T11:19+0400
2023-08-30T11:19+0400
2023-08-30T11:19+0400
paytaxt xəbərləri
neftçilər prospekti
yol
nişan
https://cdnn1.img.sputnik.az/img/40324/04/403240473_0:0:1282:721_1920x0_80_0_0_32152a4d9b1a172cfdbecea422ddc5bd.jpg
BAKI, 30 avqust — Sputnik. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə Neftçilər prospektinin Dəniz vağzalının qarşısından Yusif Səfərov küçəsinədək olan hissəsində yol-cizgi və yol-göstərici xətlərinin çəkilişi işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, işlər həmin prospektdə hərəkət intensivliyi nəzərə alınaraq gündüz və gecə saatlarında növbəli şəkildə icra olunacaq. Belə ki, üfüqi nişanlanma xətlərinin çəkilişi avqustun 30-da 16:00-dək və gecə saat 23:00-dan avqustun 31-də səhər saat 05:00-dək davam edəcək. Bu səbəbdən həmin ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək. Sürücülərdən həmin yollarda hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi — Azərbaycanın avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirən dövlət orqanıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40324/04/403240473_115:0:1076:721_1920x0_80_0_0_91fbb39f081b4fc25010dd42676f4eba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neftçilər prospekti, yol, nişan
neftçilər prospekti, yol, nişan
Neftçilər prospektində yol xətlərinin çəkilişi işləri həyata keçirilir
Sürücülərdən həmin yollarda hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
BAKI, 30 avqust — Sputnik. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə Neftçilər prospektinin Dəniz vağzalının qarşısından Yusif Səfərov küçəsinədək olan hissəsində yol-cizgi və yol-göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, işlər həmin prospektdə hərəkət intensivliyi nəzərə alınaraq gündüz və gecə saatlarında növbəli şəkildə icra olunacaq. Belə ki, üfüqi nişanlanma xətlərinin çəkilişi avqustun 30-da 16:00-dək və gecə saat 23:00-dan avqustun 31-də səhər saat 05:00-dək davam edəcək.
Bu səbəbdən həmin ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.
Sürücülərdən həmin yollarda hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi — Azərbaycanın avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirən dövlət orqanıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.