https://sputnik.az/20230830/azad-edilen-erazilerde-isleyen-mutexessislere-birdefelik-muavinetin-verilmesine-baslanib-458159901.html
Azad edilən ərazilərdə işləyən mütəxəssislərə birdəfəlik müavinətin verilməsinə başlanıb
Azad edilən ərazilərdə işləyən mütəxəssislərə birdəfəlik müavinətin verilməsinə başlanıb
Sputnik Azərbaycan
Qeyd olunub ki, birdəfəlik müavinət elektron sistem üzərindən proaktv qaydada, yəni həmin işçilərin müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac... 30.08.2023, Sputnik Azərbaycan
2023-08-30T12:35+0400
2023-08-30T12:35+0400
2023-08-30T12:35+0400
müavinət
qarabağ
işçi
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_0:0:2000:1125_1920x0_80_0_0_2a6f7fb5999bdfde24201657e908ad5d.jpg
BAKI, 30 avqust — Sputnik. İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, birdəfəlik müavinət elektron sistem üzərindən proaktv qaydada, yəni həmin işçilərin müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan həyata keçirilir. Birdəfəlik müavinətin təyinatı Prezident İlham Əliyev tərəfindən imzalanmış qanunvericilik aktları ilə həmin ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislər üçün nəzərdə tutulan sosial dəstək tədbirlərindən biridir. İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərə birdəfəlik müavinət verilməsi ilə yanaşı, onların aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub. Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərimizdə əmək müqaviləsi əsasında işləyən işçilər aiddir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268526_227:0:2000:1330_1920x0_80_0_0_2914c4d8651946304ff1f3780ea8c8a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müavinət, işçi, işğaldan azad edilmiş ərazilər
müavinət, işçi, işğaldan azad edilmiş ərazilər
Azad edilən ərazilərdə işləyən mütəxəssislərə birdəfəlik müavinətin verilməsinə başlanıb
Qeyd olunub ki, birdəfəlik müavinət elektron sistem üzərindən proaktv qaydada, yəni həmin işçilərin müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan həyata keçirilir.
BAKI, 30 avqust — Sputnik. İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, birdəfəlik müavinət elektron sistem üzərindən proaktv qaydada, yəni həmin işçilərin müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan həyata keçirilir. Birdəfəlik müavinətin təyinatı Prezident İlham Əliyev tərəfindən imzalanmış qanunvericilik aktları ilə həmin ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislər üçün nəzərdə tutulan sosial dəstək tədbirlərindən biridir.
İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərə birdəfəlik müavinət verilməsi ilə yanaşı, onların aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub.
Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərimizdə əmək müqaviləsi əsasında işləyən işçilər aiddir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.