Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Hindistan ilin birinci yarısında ticarət dövriyyəsini üç dəfə artırıblar

© AP Photo / Ajit SolankiRupii
Rupii - Sputnik Azərbaycan, 1920, 28.08.2023
Abunə olmaq
Rusiya mallarının Hindistana tədarükü üç dəfə artaraq 31,5 milyard dollar təşkil edib.
BAKI, 28 avqust — Sputnik. 2023-cü ilin birinci yarısında Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 2,9 dəfə artıb.
"RİA Novosti" bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyinin məlumatlarına istinadən xəbər verib.
Xatırladaq ki, göstəricilər 33,5 milyard dollara çatıb. Rusiya mallarının Hindistana tədarükü üç dəfə artaraq 31,5 milyard dollar təşkil edib. Neft və neft məhsulları əsas satınalma məhsulları olublar. Həmçinin, Hindistana yerli gübrələrin idxalı 1,4 dəfə artıb.
Hindistandan Rusiyaya müxtəlif məhsulların tədarükü 1,7 dəfə artıb. Dərman vasitələrinin alışı 4,5%, xərçəngkimilərin alışı 2,4 dəfə, tütün məmulatlarının alışı isə 3 dəfə artıb.
Bundan əvvəl Rusiyanın son dörd ildə ilk dəfə olaraq Hindistana 13,5 milyon dollar dəyərində uran filizi partiyasını çatdırdığı məlum olub.
Xəbər lenti
0