QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda nə baş verir? Xankəndi-Gorus istiqamətində 150-dən artıq şəxs Ermənistana keçib

© AFP 2024 / TOFIK BABAYEVLaçın SBM
Laçın SBM - Sputnik Azərbaycan, 1920, 28.08.2023
Abunə olmaq
Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.
BAKI, 28 avqust — Sputnik. Bu gün Xankəndi-Gorus istiqamətində "Laçın" sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.
KİV-in verdiyi xəbərə görə, bu gün məntəqədən növbəti dəfə 150-dən artıq şəxs Ermənistan istiqamətində sərbəst şəkildə keçid ediblər. Onlardan 100 yaşlı Lesmonya Arstamyan adlı qadının isə nəvəsi ilə ayrıca keçidinə şərait yaradılıb.
Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Xəbər lenti
0