https://sputnik.az/20230828/bakini-boyuk-tixac-gozleyir-tramvayi-paytaxta-nece-qaytarmali-vdeo-457954801.html
Bakını böyük tıxac gözləyir: Tramvayı paytaxta necə qaytarmalı? VİDEO
Bakını böyük tıxac gözləyir: Tramvayı paytaxta necə qaytarmalı? VİDEO
Sputnik Azərbaycan
Problemin həlli yolu avtobus zolaqlarının təşkili və hərəkət iştirakçılarının buna mütləq qaydada riayət etməsidir. 28.08.2023, Sputnik Azərbaycan
2023-08-28T09:18+0400
2023-08-28T09:18+0400
2023-08-28T09:18+0400
tıxac
paytaxt xəbərləri
tramvay
"tramvay-trolleybus idarəsi"
avtobus
https://cdnn1.img.sputnik.az/img/42059/88/420598893_0:205:2000:1330_1920x0_80_0_0_129bbc33f391e437ec6b7fb4ce255d81.jpg
BAKI, 28 avqust — Sputnik. Qarşıdan gələn yeni tədris ili təkcə insanların məktəb qayğılarını artırmır, həm də tıxac problemini aktuallaşdırır. Çünki, tədris ilinin başlanılması ilə paytaxt yollarında tıxacın daha dözülməz olacağı qaçılmazdır. Yollarda yaranan sıxlıq ictimai nəqliyyatın intervalla işləməsinə mane olduğundan, gələn aydan ictimai nəqliyyat çatışmazlığı, avtobus və metroda sərnişin sıxlığının pik həddə çatacağı gözləniləndir. Bəs görəsən aidiyyatı qurumlar yeni dərs ili ərəfəsi paytaxt yollarında tıxac probleminin qarşısını almaq üçün hansı tədbirləri görür? Müşavirələr nə nəticə verdi? Bu suala cavab tapmazdan öncə xatırladaq ki, paytaxt yollarının tıxac probleminə, eləcə də ictimai nəqliyyatda sərnişin sıxlığına əncam çəkmək üçün ötən il oktyabrın 3-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Bakıda tıxac problemi və onun həlli yollarına həsr olunan müşavirə keçirilib. 28 iyul 2023-cü ildə tarixdə isə Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib, ölkədə, xüsusilə də Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəli işin təşkil edilməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib. İclasda ölkədə yol və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, Bakı şəhərində tıxac probleminin həlli, ictimai nəqliyyata əlçatanlığın artırılması və ictimai nəqliyyatın idarəedilməsi sisteminin optimallaşdırılması, Bakı metropoliteninin inkişaf etdirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər müzakirə olunub. Ancaq ötən müddətdə bu istiqamətdə ciddi irəliləyiş müşahidə edilmir. Paytaxt sakinlərinin çoxunun bölgələrdə istirahətdə olduğu, təhsil müəssisələrinin bağlı olduğu isti yay günlərində Bakı yollarında uzun tıxaclar, ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a bildirdilər ki, Bakıda tıxac probleminin həlli, eləcə də nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəli işin təşkil edilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib. Avtobus zolaqlarına məhəl qoyulmur Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, Bakının mobillik imkanlarının yaxşılaşdırılması baxımından zəruri olan mühüm faktorlardan biri ictimai nəqliyyatın səmərəli fəaliyyətinin təmin olunmasıdır. Şəhər nəqliyyatında ciddi problem kimi qalmaqda olan qanunsuz parkinq və qanunsuz sərnişindaşıma halları müntəzəm marşrut xətləri üzrə avtobusların qrafik üzrə nizamlı fəaliyyətinə mənfi təsir edir. Gündəlik olaraq şəhərin demək olar ki, əsas küçə və prospektləri ilə yanaşı, ətraf ərazilərdə də sıxlıq, tıxac halları müşahidə olunur. AYNA-da hesab edirlər ki, problemin həlli yolu avtobus zolaqlarının təşkili və hərəkət iştirakçılarının buna mütləq qaydada riayət etməsidir. Bununla bağlı şəhərin əsas küçə və prospektləri üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən avtobus zolaqları təşkil edilir. Qurum zolağın tələblərinə əməl olunmamasına təəssüflənir: "Küçələr üzrə digər nəqliyyat vasitələrinin zolaqlar üzrə qanunsuz parklanma etməsi, zolağa daxil olması avtobusların rahat və vaxtlı-vaxtında hərəkətinə mane olur. Bu da öz növbəsində xüsusi avtobus zolağının effektivliyini azaldır. Nəticədə insanlar səfərlərini daha çox fərdi avtomobil və ya qanunsuz sərnişindaşıma vasitələrindən istifadə etməklə həyata keçirilər ki, bu da öz növbəsində yolların nəqliyyat yükünü artırır". Qanunsuz daşımalar da tıxaclara səbəb olur Bakının yol hərəkətinin təşkili və yolların buraxılış imkanlarının artırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə mütəmadi olaraq reydlər keçirir. Reydlər əsasən Sumqayıt şəhəri, eləcə də respublikanın müxtəlif şəhər və rayonlarından paytaxta və əks istiqamətə biletsiz sərnişindaşımaya, avtovağzaldan kənar sərnişin daşımalarına qarşı aparılır. Vurğulayaq ki, Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Bakı şəhərinin girişində ciddi tıxaclara səbəb olur. Qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar şəhər avtovağzalına cəlb olunaraq “Avtovağzal” metrosu istiqamətində hərəkətləri təmin edilir. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Nəqliyyat Mübadilə Mərkəzi də fəaliyyət göstərir. Həmin mərkəzdən Bakının müxtəlif istiqamətlərinə avtobus marşrutları hərəkət edir. Nəticədə vətəndaşlar rahat və təhlükəsiz şəkildə sərnişindaşıma xidmətindən yararlana bilirlər. AYNA qeyd edir ki, ümumiyyətlə, nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin olunması və şəhər mobilliyinin dayanıqlığına nail olunması üçün sistemli tədbirlər görülür. Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına xidmət edir. Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Eləcə də nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir. Taksilər paytaxt yollarını iflic edib Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və Logistika Kafedrasının baş müəllimi Bulud Bağırov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxt yollarında hazırda tıxacın olmasının səbəbi taksilərin sayının günü-gündən artmasıdır. Qardaş Türkiyədə taksi duracaqları fəaliyyət göstərir. Şirkətlərə məxsus taksilər müştəri axtarmaq üçün küçələri dolaşmırlar:"Türkiyədə taksi şirkətlərinin dayanacaqları var. Müştərini ünvana çatdırdıqdan sonra öz dayanacağına gedir. Bakıda isə taksilər yol kənarlarlarında saxlayır, müştəri dayandıqları ərazidə müştəri sifarişi gözləyirlər. Yaxud küçələrdə dolaşırlar ki, yaxın ərazilərdən sifarişləri qəbul etsinlər. Bu da paytaxt yollarında sıxlığı artırır. Üstəlik, taksilərin sayı günü-gündən artır. Yollarda sıxlıq ictimai nəqliyyatın hərəkətinə çətinlik yaradır. İntervallar uzanır. Taksi xidməti ucuz olduğundan sərnişinlərin çoxu ondan istifadəyə üstünlük verir. Ona görə də, əvvəlcə taksilərin fəaliyyəti tənzimlənməlidir". Tramvay xətləri salınmasa... B.Bağırov deyir ki, hazırda ictimai nəqliyyatda sıxlığın əsas səbəbi ictimai nəqliyyat növlərinin sayının az olmasıdır: "İllər öncə Bakıda indikindən dəfələrlə az əhali yaşayırdı. Amma bir neçə ictimai nəqliyyat növü fəaliyyət göstərirdi. Bakının tramvayı, trolleybusu, metrosu, avtobusu vardı. İndi Bakıda əhali sayı kəskin artıb, amma ictimai nəqliyyat növləri azalıb. Ona görə də, hökumət təcili surətdə paytaxtda tramvay xətlərini çəkərək istifadəyə verməlidir. Bunun üçün dördzolaqlı yollarda xüsusi zolaq ayrılmalıdır. Əks halda Bakıda tıxac probleminin qarşısını almaq mümkün olmayacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42059/88/420598893_211:0:1984:1330_1920x0_80_0_0_b22955ea597b56ff5e1e102d2c77de1d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tıxac, tramvay, "tramvay-trolleybus idarəsi", avtobus
tıxac, tramvay, "tramvay-trolleybus idarəsi", avtobus
Bakını böyük tıxac gözləyir: Tramvayı paytaxta necə qaytarmalı? VİDEO
Problemin həlli yolu avtobus zolaqlarının təşkili və hərəkət iştirakçılarının buna mütləq qaydada riayət etməsidir.
BAKI, 28 avqust — Sputnik. Qarşıdan gələn yeni tədris ili təkcə insanların məktəb qayğılarını artırmır, həm də tıxac problemini aktuallaşdırır. Çünki, tədris ilinin başlanılması ilə paytaxt yollarında tıxacın daha dözülməz olacağı qaçılmazdır. Yollarda yaranan sıxlıq ictimai nəqliyyatın intervalla işləməsinə mane olduğundan, gələn aydan ictimai nəqliyyat çatışmazlığı, avtobus və metroda sərnişin sıxlığının pik həddə çatacağı gözləniləndir. Bəs görəsən aidiyyatı qurumlar yeni dərs ili ərəfəsi paytaxt yollarında tıxac probleminin qarşısını almaq üçün hansı tədbirləri görür?
Müşavirələr nə nəticə verdi?
Bu suala cavab tapmazdan öncə xatırladaq ki, paytaxt yollarının tıxac probleminə, eləcə də ictimai nəqliyyatda sərnişin sıxlığına əncam çəkmək üçün ötən il oktyabrın 3-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Bakıda tıxac problemi və onun həlli yollarına həsr olunan müşavirə keçirilib. 28 iyul 2023-cü ildə tarixdə isə Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib, ölkədə, xüsusilə də Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəli işin təşkil edilməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib. İclasda ölkədə yol və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, Bakı şəhərində tıxac probleminin həlli, ictimai nəqliyyata əlçatanlığın artırılması və ictimai nəqliyyatın idarəedilməsi sisteminin optimallaşdırılması, Bakı metropoliteninin inkişaf etdirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər müzakirə olunub. Ancaq ötən müddətdə bu istiqamətdə ciddi irəliləyiş müşahidə edilmir. Paytaxt sakinlərinin çoxunun bölgələrdə istirahətdə olduğu, təhsil müəssisələrinin bağlı olduğu isti yay günlərində Bakı yollarında uzun tıxaclar, ictimai nəqliyyatda sıxlıq müşahidə olunur.
Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a bildirdilər ki, Bakıda tıxac probleminin həlli, eləcə də nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəli işin təşkil edilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.
Avtobus zolaqlarına məhəl qoyulmur
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, Bakının mobillik imkanlarının yaxşılaşdırılması baxımından zəruri olan mühüm faktorlardan biri ictimai nəqliyyatın səmərəli fəaliyyətinin təmin olunmasıdır. Şəhər nəqliyyatında ciddi problem kimi qalmaqda olan qanunsuz parkinq və qanunsuz sərnişindaşıma halları müntəzəm marşrut xətləri üzrə avtobusların qrafik üzrə nizamlı fəaliyyətinə mənfi təsir edir. Gündəlik olaraq şəhərin demək olar ki, əsas küçə və prospektləri ilə yanaşı, ətraf ərazilərdə də sıxlıq, tıxac halları müşahidə olunur.
AYNA-da hesab edirlər ki, problemin həlli yolu avtobus zolaqlarının təşkili və hərəkət iştirakçılarının buna mütləq qaydada riayət etməsidir. Bununla bağlı şəhərin əsas küçə və prospektləri üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən avtobus zolaqları təşkil edilir.
Qurum zolağın tələblərinə əməl olunmamasına təəssüflənir: "Küçələr üzrə digər nəqliyyat vasitələrinin zolaqlar üzrə qanunsuz parklanma etməsi, zolağa daxil olması avtobusların rahat və vaxtlı-vaxtında hərəkətinə mane olur. Bu da öz növbəsində xüsusi avtobus zolağının effektivliyini azaldır. Nəticədə insanlar səfərlərini daha çox fərdi avtomobil və ya qanunsuz sərnişindaşıma vasitələrindən istifadə etməklə həyata keçirilər ki, bu da öz növbəsində yolların nəqliyyat yükünü artırır".
Qanunsuz daşımalar da tıxaclara səbəb olur
Bakının yol hərəkətinin təşkili və yolların buraxılış imkanlarının artırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə mütəmadi olaraq reydlər keçirir. Reydlər əsasən Sumqayıt şəhəri, eləcə də respublikanın müxtəlif şəhər və rayonlarından paytaxta və əks istiqamətə biletsiz sərnişindaşımaya, avtovağzaldan kənar sərnişin daşımalarına qarşı aparılır.
Vurğulayaq ki, Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Bakı şəhərinin girişində ciddi tıxaclara səbəb olur. Qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar şəhər avtovağzalına cəlb olunaraq “Avtovağzal” metrosu istiqamətində hərəkətləri təmin edilir. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Nəqliyyat Mübadilə Mərkəzi də fəaliyyət göstərir. Həmin mərkəzdən Bakının müxtəlif istiqamətlərinə avtobus marşrutları hərəkət edir. Nəticədə vətəndaşlar rahat və təhlükəsiz şəkildə sərnişindaşıma xidmətindən yararlana bilirlər.
AYNA qeyd edir ki, ümumiyyətlə, nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin olunması və şəhər mobilliyinin dayanıqlığına nail olunması üçün sistemli tədbirlər görülür. Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına xidmət edir. Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Eləcə də nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir.
Taksilər paytaxt yollarını iflic edib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və Logistika Kafedrasının baş müəllimi Bulud Bağırov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxt yollarında hazırda tıxacın olmasının səbəbi taksilərin sayının günü-gündən artmasıdır. Qardaş Türkiyədə taksi duracaqları fəaliyyət göstərir. Şirkətlərə məxsus taksilər müştəri axtarmaq üçün küçələri dolaşmırlar:
"Türkiyədə taksi şirkətlərinin dayanacaqları var. Müştərini ünvana çatdırdıqdan sonra öz dayanacağına gedir. Bakıda isə taksilər yol kənarlarlarında saxlayır, müştəri dayandıqları ərazidə müştəri sifarişi gözləyirlər. Yaxud küçələrdə dolaşırlar ki, yaxın ərazilərdən sifarişləri qəbul etsinlər. Bu da paytaxt yollarında sıxlığı artırır. Üstəlik, taksilərin sayı günü-gündən artır. Yollarda sıxlıq ictimai nəqliyyatın hərəkətinə çətinlik yaradır. İntervallar uzanır. Taksi xidməti ucuz olduğundan sərnişinlərin çoxu ondan istifadəyə üstünlük verir. Ona görə də, əvvəlcə taksilərin fəaliyyəti tənzimlənməlidir".
Tramvay xətləri salınmasa...
B.Bağırov deyir ki, hazırda ictimai nəqliyyatda sıxlığın əsas səbəbi ictimai nəqliyyat növlərinin sayının az olmasıdır:
"İllər öncə Bakıda indikindən dəfələrlə az əhali yaşayırdı. Amma bir neçə ictimai nəqliyyat növü fəaliyyət göstərirdi. Bakının tramvayı, trolleybusu, metrosu, avtobusu vardı. İndi Bakıda əhali sayı kəskin artıb, amma ictimai nəqliyyat növləri azalıb. Ona görə də, hökumət təcili surətdə paytaxtda tramvay xətlərini çəkərək istifadəyə verməlidir. Bunun üçün dördzolaqlı yollarda xüsusi zolaq ayrılmalıdır. Əks halda Bakıda tıxac probleminin qarşısını almaq mümkün olmayacaq".