Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıdakı zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlandı

© AFP 2024 / JALAA MAREYZeytun
Zeytun - Sputnik Azərbaycan, 1920, 28.08.2023
Abunə olmaq
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, şəhərin bütün ərazisində zeytun ağaclarının vəziyyəti araşdrılıb.
BAKI, 28 avqust — Sputnik. Artıq bir müddətdir ki, şəhərin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara səbəb olub.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, mütəxəssislərin yekdil rəyinə əsasən əsas etibarı ilə qlobal iqlim dəyişiklikləri səbəbindən baş verən bu hal demək olar ki, bütün dünyanı bürüyib. Dünyanın aparıcı zeytun istehsalçılarından olan İtaliya, İspaniya, Yunanıstan, qardaş Türkiyədə xeyli zeytun ağacı xəstəlik səbəbindən məhv olur.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, şəhərin bütün ərazisində zeytun ağaclarının vəziyyəti araşdrılıb. Xüsusi olaraq Bakıya xarici mütəxəssis dəvət edilib və xəstə ağacların müalicəsi ilə bağlı geniş tədbirlər həyata keçirilir.
Hazırda paytaxtın müxtəlif ərazilərində zeytun ağaclarının quruyan budaqları budanır, dibinə gübrə verilir və onlara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir. Yoluxan ağacların budaqlarının və yarpaqlarının budanması xəstəliyin digər ağaclara yayılmasının qarşısının alınması məqsədi daşıyır.
Zeytun ağaclarının cavanlaşdırılması məqsədi ilə payız mövsümündə bu ağacların budanması aparılacaq.
Xəbər lenti
0