Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

İnsanlar Amsterdam küçələrində Ukraynaya silah tədarükünün dayandırılmasını tələb ediblər

© AFP 2024 / KENZO TRIBOUILLARDAmsterdam, arxiv
Amsterdam, arxiv - Sputnik Azərbaycan, 1920, 27.08.2023
Abunə olmaq
Aksiyadan sonra fəallar Ukraynaya silah tədarükünün dayandırılması, danışıqların aparılması və sülhə çağıran plakatlarla Amsterdam küçələri ilə beş kilometr yürüş ediblər.
BAKI, 27 avqust - Sputnik. Sülh danışıqlarına dəstək və Ukraynaya silah tədarükünün əleyhinə daha bir aksiya Amsterdamda baş tutub. Bu barədə TASS xəbər yayıb.
Yüzdən çox insan mərkəzi Dam Meydanında mitinqə toplaşıb, daha sonra əllərində sülh rəmzi olan ağ bayraqlarla nağara çalmaq üçün şəhəri keçiblər.

“Artıq yarım ildir ki, belə tədbirlərdə iştirak edirəm, Hollandiyanın nə etdiyinə inana bilmirəm, bu, sadəcə olaraq, ağlasığmazdır. Bizə sülh lazımdır, NATO ölkələri Ukraynaya tədarükləri dayandırmalıdır. Ona görə də bura gəlirəm. Bizim və uşaqlarımızın gələcəyi olsun”, - deyə TASS müxbirinə müsahibəsində İrina adlandırılmasını istəyən aksiya iştirakçısı deyib.

Əlində ürək formalı Rusiya bayrağı tutan fəal “Mən istəyirəm ki, Rusiya bizim düşmənimiz deyil, müttəfiqimiz olsun” deyib.

"Mən istəyirəm ki, ölkələrimiz iqtisadiyyat, mədəniyyət və sosial sahədə əməkdaşlığı inkişaf etdirsinlər. Burada böyük perspektivlər var. Biz yanlış istiqamətə baxırıq, Qərbə və ABŞ-a deyil, Şərqə və Rusiyaya baxmaq lazımdır. Qərb bu münaqişəni alovlandırmaqda davam edir və daim təxribatlar təşkil edir", - deyə TASS-a müsahibəsində tədbirin təşkilatçılarından biri Natalya Vorontsova bildirib.

Onun sözlərinə görə, Hollandiya hakimiyyətinin Ukraynaya F-16 qırıcıları tədarükü ilə bağlı son qərarı ilə bağlı aksiyalar öz aktuallığını itirmir.
"Hesab edirəm ki, Qərb nə qədər eskalasiyaya davam etsə, bizim aksiyalarımızda bir o qədər çox insan iştirak edəcək. Rusiyanı dəstəkləyən, Rusiyaya böyük hörmət bəsləyən və Rusiya ilə əməkdaşlıq istəyən Hollandiya vətəndaşlarının sayı getdikcə artır”, - deyə o, bildirib.
Aksiyadan sonra fəallar ənənəvi olaraq Ukraynaya silah tədarükünün dayandırılması, danışıqların aparılması və sülhə çağıran plakatlarla Amsterdam küçələri ilə beş kilometr yürüş ediblər.
Yürüş həm yerli əhalinin, həm də turistlərin böyük marağına səbəb olur.
“İnsanların bizi fəal şəkildə qarşıladığını və dəstəklədiyini görmək çox xoşdur. Bəzən təxribatlar olur. Belə olan halda polislər vəziyyətə müdaxilə etməli olurlar", - deyə Vorontsova sözünü tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0