https://sputnik.az/20230826/zabux-sakinleri-oz-dogma-yurdlarina-qayidir-458009291.html
Zabuxa köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib
Zabuxa köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib
Sputnik Azərbaycan
Bu mərhələdə Zabux kəndinə 20 ailə - 88 nəfər köçürülüb. Yaxın günlərdə sakinlərin kəndə köçürülməsi davam edəcək. 26.08.2023, Sputnik Azərbaycan
2023-08-26T19:00+0400
2023-08-26T19:00+0400
2023-08-26T21:13+0400
qarabağ
laçın rayonu
köç
prezident ilham əliyev
ailə
məcburi köçkün
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1a/458060879_0:83:1600:983_1920x0_80_0_0_8cbec1905ec261aabb91119cf58e490a.jpg
BAKI, 26 avqust - Sputnik. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan ilk köç karvanı ünvana çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Milli Məclisin deputatı Mahir Abbaszadə iştirak ediblər.Ailələrə avqustun 7-də Dövlət Komitəsində keçirilən püşkatma zamanı müəyyənləşdirdikləri mənzillərin açarları təqdim olunub.Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 20 ailə - 88 nəfər köçürülüb. Yaxın günlərdə sakinlərin kəndə köçürülməsi davam edəcək.25.08.23, 09:41Zabux sakinləri öz doğma yurdlarına qayıdırPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, avqustun 25-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulub.İlk mərhələdə kəndə 20 ailə - 88 nəfər köçürülür. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanıma Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələlərinə səbr diləyiblər.Qeyd edək ki, indiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
laçın rayonu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1a/458060879_90:0:1511:1066_1920x0_80_0_0_e34484beec80d7a61d2f223e1bc88426.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
laçın rayonu, köç, prezident ilham əliyev, ailə, məcburi köçkün
laçın rayonu, köç, prezident ilham əliyev, ailə, məcburi köçkün
Zabuxa köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib
19:00 26.08.2023 (Yenilənib: 21:13 26.08.2023) Bu mərhələdə Zabux kəndinə 20 ailə - 88 nəfər köçürülüb. Yaxın günlərdə sakinlərin kəndə köçürülməsi davam edəcək.
BAKI, 26 avqust - Sputnik. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan ilk köç karvanı ünvana çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Milli Məclisin deputatı Mahir Abbaszadə iştirak ediblər.
Ailələrə avqustun 7-də Dövlət Komitəsində keçirilən püşkatma zamanı müəyyənləşdirdikləri mənzillərin açarları təqdim olunub.
Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 20 ailə - 88 nəfər köçürülüb. Yaxın günlərdə sakinlərin kəndə köçürülməsi davam edəcək.
Zabux sakinləri öz doğma yurdlarına qayıdır
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, avqustun 25-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulub.
İlk mərhələdə kəndə 20 ailə - 88 nəfər köçürülür. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanıma Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələlərinə səbr diləyiblər.
Qeyd edək ki, indiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.