Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sanksiyalar Rusiyanın Avropanın ən böyük iqtisadiyyatına çevrilməsinə mane olmadı

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçidRusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 26.08.2023
Abunə olmaq
Volodin deyib ki, sanksiyalar bir bumeranq kimi onların təşəbbüskarlarına zərbə vurdu. ABŞ iqtisadi liderliyini itirdi, lakin Avropa dövlətləri daha çox əziyyət çəkdilər.
BAKI, 26 avqust — Sputnik. Rusiya sanksiyalara baxmayaraq, Avropanın ən böyük iqtisadiyyatına çevrilib.
Bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında 2022-ci il üzrə dünyanın aparıcı iqtisadiyyatlarının siyahısını paylaşarkən bildirib.
Onun sözlərinə görə, on il əvvəl Avropa ölkələri və ABŞ anti-Rusiya sanksiyaları tətbiq etməyə başlayanda Rusiya dünyanın ən böyük iqtisadiyyatları siyahısında altıncı yerdə idi (ABŞ birinci yerdə idi). 2022-ci ildə Çin birinci yerə yüksəldi, Rusiya da bir pillə irəlilədi, ABŞ isə ümumi reytinqdə gerilədi.
"Sanksiyalar bir bumeranq kimi onların təşəbbüskarlarına zərbə vurdu. ABŞ iqtisadi liderliyini itirdi, lakin Avropa dövlətləri daha çox əziyyət çəkdilər. Müttəfiqlərinə rəhm etməyən Vaşinqton hegemonluğunu onların hesabına saxlamağa çalışdı", - Volodin yazıb.
O qeyd edib ki, hətta 17,5 min sanksiya tətbiqinə baxmayaraq, Rusiya Avropanın ən böyük iqtisadiyyatına çevrilib: "Biz bu nailiyyətlərimizə davam edəcəyik" - deyən Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Prezident Vladimir Putinin proaktiv iqtisadiyyat modelinin qurulmasının zəruriliyi haqqında sözlərini xatırladıb.
"Yerli istehsalçıları dəstəkləmək, texnoloji suverenliyi gücləndirmək, yeni müasir sənaye imkanları və qabaqcıl texnoloji sənayelər yaratmaq lazımdır. Bu baxımdan işgüzar dairələrin nümayəndələri ilə səmərəli dialoqun qurulması vacibdir", - deyə Dövlət Dumasının sədri vurğulayıb.
Volodin kiçik və orta biznesin inkişafı ilə bağlı parlament dinləmələri elan edib və abunəçilərdən təklif və suallarını şərhlərdə qeyd etməyi xahiş edib.
Bundan əvvəl Volodin Polşa Prezidenti Anjey Dudanın ölkədə amerikapərəst siyasət yürütdüyünü iddia edib. Onun sözlərinə görə, "bu, "Hüquq və Ədalət" partiyasının reytinqinə təsir edib – dövlətin vətəndaşları belə kursu dəstəkləməkdən imtina edirlər".
Xəbər lenti
0